banner
banner

Sağlamlıq

Sağlamlığının qayğısına qalırsansa, bu meyvə ilə dostluq elə

Sağlamlığının qayğısına qalırsansa,

Möcüzəvi faydaları olan xurma haqqında belə bir deyim var: "Sağlamlığının qayğısına qalan insan xurma ilə dostluq edir". Maraqlıdır, bəs, görəsən, sağlamlıq üçün faydalı olan xurmanın orqanizmə hansı müsbət təsirləri var?

Axşam.az xarici mediaya istinadən bu meyvənin faydalı xüsusiyyətlərini sadalyır:
1. Xurmanın tərkibində elə maddələr var ki, onlar orqanizm üçün problem yaradan bakteriyaları və parazitləri məhv edir.

2. O, beyinin fəaliyyətinə müsbət təsir göstərir, onun məhsuldarlığını 20 faizə qədər artırır.

3. Fiziki gərginlikdən sonra yaranmış yorğunluğu çıxarmaq üçün xurma yeyilərsə, cəmisi 40-50 dəqiqədən sonra sərf olunmuş enerji və gümrahlıq bərpa olunar.

4. Tənəffüs yollarının xəstəlikləri zamanı xurma olduqca faydalıdır.

5. Ürək xəstəlikləri zamanı müntəzəm olaraq xurma yemək məsləhət görülür.

6. Qanazlığı, anemiya xəstəliyi zamanı xurma ən xeyirli qida məhsullarından biridir.

7. Xurma eyni zamanda cinsi zəifliyin aradan qaldırılması, cinsi istəyin artırılması üçün təbii vasitədir.

8. Həm hamilə, həm də doğuşdan sonrakı dövrdə qadınlar üçün xurmanın qida rasionuna daxil edilməsi faydalı və vacibdir. Xurma ana südünün tərkibini vitamin və digər mikroelementlərlə zənginləşdirir. Hamilə qadınları depressiya halına düşmək ehtimalını azaldır.

9. Xurma damarların və kapilyarların divarlarını möhkəmləndirir, həmçinin qan dövranını yaxşılaşdırır, yüksək qan təzyiqi olanlara müsbət təsir göstərir.

10. Xurmanın möcüzəvi faydalarından biri müxtəlif kimyəvi dərman pereparatlarının qəbulundan sonra onların orqanizmdə yaratdığı fəsadların aradan qaldırmaq xüsusiyyətidir



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

21 gün şəkər yeməsək, nə olar?

Bu gün sağlam həyat tərzi trendləri arasında populyarlıq qazanan şəkərsiz qidalanma bir çox insanın izlədiyi üsula çevrilib. Bəs, bu cür qidalanma orqanizmə hansı faydaları verə bilər?

Oruc tutanlara bunları etmək olmaz - XƏBƏRDARLIQ

"Orucluq təkcə qida qəbulu deyil, nəfsə nəzarətdir. Bu, insanların davranışlarında özünü göstərməlidir. Çalışmaq lazımdır ki, bütünlükdə nəfsə, instinktə nəzarət həyata keçirilsin”.

Gecə oyanmaları təhlükəli xəstəliyin əlaməti ola bilər - İLK ƏLAMƏTLƏR

Bir şəxs şəkərli diabet olduqda, qan şəkərinin səviyyəsinin tənzimlənməsi pozulur. Bu, karbohidrat mübadiləsini tənzimləyən pankreas hormonu insulinlə bağlıdır. Birinci tip diabetdə immunitet sistemi insulin istehsal edən hüceyrələri təhlükə kimi qəbul edir və onları məhv edir. İkinci tip diabetdə bədənin hüceyrələri insulinə cavab vermir və ya sadəcə kifayət qədər insulin olmur.

İlkin mərhələdə infarktı necə bilmək olar?

Bir insanın ürəyinin bir hissəsinin qan tədarükünü itirdiyi və ölməyə başladığı zaman həyatı üçün təhlükəli bir vəziyyətdir. İnsana vaxtında müvafiq yardım göstərmək üçün infarktı mümkün qədər tez tanımaq vacibdir.

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: zəncəfili BELƏ istifadə edin

Zəncəfil istehlakı nəticəsində qanda şəkərin səviyyəsi normallaşır, “yaxşı” xolesterin isə əksinə artır. Bu parametrlər maddələr mübadiləsi ilə birbaşa əlaqəli olduğu üçün zəncəfil istehlak edən insanın orqanizmində daha az yağ yığılır və yağlar daha aktiv şəkildə parçalanır.

Gündə 8 saat yatmasanız: Bunlar olacaq

Rod-Aylend Universitetinin amerikalı psixoloqları insanların həyatının emosional sferası ilə bağlı daimi yuxu çatışmazlığının daha bir mənfi nəticəsini aşkar ediblər.