banner
banner

Dünya

HƏMAS lideri Qəzza zolağı sərhədlərində etirazların davam etdiriləcəyini bəyan edib

| Xəbər 1474 dəfə oxunub
HƏMAS lideri Qəzza zolağı sərhədlərində etirazların davam etdiriləcəyini bəyan edib

Qəzza zolağında hakim HƏMAS hərəkatının lideri İsmayıl Haniyə “Böyük qayıdış marşı”nın davam etdiriləcəyini bəyan edib.

 

“Qayıdış marşı davam edir, davam edir, davam edir...”, - deyə İ.Haniyə Qəzza şəhəri yaxınlığındakı ən böyük etiraz düşərgəsində jurnalistlərə bildirib.

 

“Qurbanlarımız marşın davam etdirilməsi üçün bir növ “yanacaq”dır”, - deyə o qeyd edib.

 

Xatırladaq ki, ABŞ-ın İsraildəki səfirliyi mayın 14-də Təl-Əvivdən Qüdsə köçürülüb. Bu, həm də İsrail dövlətinin yaradılmasının 70-ci ildönümünə təsadüf edib. Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və İsrail dövlətinin yaradılması ilə bağlı Qəzza sərhədində aksiya keçirib. İsrail hərbçilərinin aksiyaçıları atəşə tutması nəticəsində 61 fələstinli ölüb, 3000-dən çox fələstinli yaralanıb./APA/



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi