banner
banner

Dünya

Cənubi Koreya KXDR-in yüksək səviyyəli görüşdən imtina etməsinə cavab verib

| Xəbər 598 dəfə oxunub
Cənubi Koreya KXDR-in yüksək səviyyəli görüşdən imtina etməsinə cavab verib

Cənubi Koreyanın hakimiyyət orqanları Koreya Xalq Demokratik Respublikasının (KXDR) Phanmundjo sərhəd məntəqəsində mayın 16-da yüksək səviyyəli görüşdən imtina etməsinə təssüf ediblər.

"Report" "RT"ə istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının Birləşmə Nazirliyinin bəyanatında bildirilir.

"Şimalın (KXDR) hər il keçirilən Cənubi Koreya-ABŞ təlimlərinə görə danışıqları təxirə salması təəssüf doğurur", - deyə bəyanatda bildirilir.

Bəyanatda həmçinin deyilir ki, Koreya Xalq Demokratik Respublikasının danışıqlardan imtinası iki ölkə liderlərinin arasında nail olunmuş razılaşmaların hədəfinə və ruhuna uyğun deyil.

Qeyd edək ki, bu gün iki ölkənin yüksək səviyyəli hökumət nümayəndələrinin danışıqları planlaşdırılırdı.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi