banner
banner

Dünya

Ərdoğanla Salman bin Əbdüləziz Al Səudla Fələstində baş verənləri müzakirə edib

| Xəbər 739 dəfə oxunub
Ərdoğanla Salman bin Əbdüləziz Al Səudla Fələstində baş verənləri müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Londondakı rəsmi görüşlərini başa çatdıran Türkiyə prezidenti Səudiyyə Ərəbistanı kralı ilə apardığı danışıqlarda Fələstində baş verən hadisələri müzakirə edib.

Ərdoğan qeyd edib ki, müsəlmanlar bu məsələdə ortaq mövqe nümayiş etdirməlidir. Tərəflər bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatının bu yaxınlarda Türkiyənin İstanbul şəhərində keçiriləcək sammiti ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, sammit Fələstin məsələsi ilə bağlı keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi