banner
banner

Maraqlı

Uşaq şalvarını geyinə bilmədiyi üçün həkimə getdi

Uşaq şalvarını geyinə bilmədiyi üçün həkimə getdi

Amerikanın Cənubi Karolina ştatında 2 yaşlı uşaq polisə zəng edərək, ilginc bir xahiş edib. Lenta.ru saytının xəbərinə görə, uşaq şalvarını geyinə bilmədiyi üçün polisdən yardım istəyib.

2 yaşlı Aliyanın zənginə cavab verən polis əməkdaşı Marta Lones bildirib ki, dəstəyin o biri ucundakı səs sahibinin uşaq olduğu hiss edilsə də, baş vermiş problemin nədən ibarət olduğunu aydınlaşdırmaq üçün uşağın evinə polislər göndərilib: “Bizim polislər evə çatanda isə şalvarını yarı geyinmiş halda olan bir balaca qız sevincək qapını açıb və “salam” deyib. Sonra da bildirib ki, əsas problem şalvarını geyinə bilməməsi idi və buna görə yardım istəyib”.

Hadisə yerində olan qadın polis isə iki uşaq anası olaraq bu məsələlərdə çox təcrübəli olduğu üçün Aliyanı dərhal geyindirib. Uşağın anası Pebls Ryan isə deyib ki, qızına hər hansı problem qarşısında polisə zəng etməyi özü tapşırıb. Amma qızcığaz şalvar geyinə bilməməyin problem olduğuna özü qərar verib. Uşaq isə evdə tək olmayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlinizin uğurlu və xoşbəxt keçməsi üçün 1 yanvarda nə etməlisiniz?

Yeni ili bir çoxları yeni, daha xoşbəxt və uğurlu həyatın başlanğıc nöqtəsi hesab edir. Ancaq həyatınızı yaxşılığa doğru tez və asanlıqla dəyişdirmək üçün müəyyən ritualları yerinə yetirməlisiniz. Dərhal rezervasiya edək - bu sehrli deyil, bu rituallar sizi uyğun əhval-ruhiyyəyə salmaq və sizi fəaliyyətə həvəsləndirmək üçün nəzərdə tutulub.

Kosmosdan qəribə siqnallar AŞKAR EDİLDİ

Kosmosun ən uzaq nöqtələrindən yayılan sirli sürətli radio partlayışları (FRB) alimlər üçün intriqa obyekti olmaqda davam edir. Yeni kəşf edilmiş siqnal hətta təcrübəli tədqiqatçıları da çaşdırıb və onları açmaq üçün yeni sirlər buraxıb.

2023-cü ilin ən maraqlı vəhşi təbiət FOTOLARI

2023-cü ilin ən maraqlı vəhşi təbiət fotoları yayımlanıb. Musavat.com xəbər verir ki, bu barədə “Naked-Science” məlumat yayıb. Belə ki, “Nature's Best Photography” (NBP) nüfuzlu beynəlxalq mükafatının münsiflər heyəti 2023-cü ilin nəticələrinə yekun vurub. Siyahıya 11 fotoşəkil daxildir:

2024-cü illə bağlı proqnoz: Ciddi dəyişikliklər... - FOTO

Yeni il artıq yaxınlaşır. Bütün astroloqların proqnozlarına görə, ulduzlar bizə 2024-cü ilin qeyri-müəyyən olacağını vəd edir. Birincisi, sıçrayış ilidir. İkincisi, ilin bütün rəqəmlərini toplasanız, 8-i alırsınız. Hər rəqəmin öz mənası var: doqquz bir dövrün sonunu göstərirsə, səkkiz sınaq və gərginliyi ifadə edir.