banner
banner

Maraqlı

Balıqçı balıq tutmaq istədi, balıq ağzına hoppandı...

| Xəbər 1636 dəfə oxunub
Balıqçı balıq tutmaq istədi, balıq ağzına hoppandı...

Hindistanda həkimlər ağzına balıq hoppanan balıqçının həyatını xilas ediblər. Bu barədə “Daily Mirror” qəzeti xəbər verib. Hindistanın Orissa ştatının sakini çaydan 10 santimetr uzunluğunda balıq tutsa da, onu əlində saxlaya bilməyib. Balıq cəld bir şəkildə kişinin sıçrayıb və onun boğazında ilişib.

 

Balıqçı nə qədər cəhd etsə də, balığı boğazından çıxara bilməyib. Balıq onun danışmasına və nəfəs almasına mane olub. Zərərçəkmiş balıqçını dərhal yaxınlıqdakı xəstəxanaya aparıblar. Amma yerli həkimlər ona kömək edə bilməyiblər. Ona görə də balıqçını ştatın paytaxtına – Bxubaneşvar şəhərinə aparıblar. Həkimlərdən birinin dediyinə görə, xəstənin boğazından balığın quyruğunu çıxara biliblər. Əməliyyat zamanı zərərçəkmişə ağrıkəsici veriblər. Yalnız bundan sonra onun boğazında kiçik əməliyyat edə biliblər.

 

Balıqçının boğazına atılan tikişlərin 10 gün müddəti olub. Bu müddət ərzində kişi burnundan salının zond vasitəsilə qidalanmağa çalışıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi