banner
banner

İdman

Maradona Belarusun "Dinamo" klubunun idarə heyətinə sədr seçilib - Foto

| Xəbər 1887 dəfə oxunub
Maradona Belarusun "Dinamo" klubunun idarə heyətinə sədr seçilib - Foto

Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradona Belarusun "Dinamo" (Brest) klubunun idarə heyətinə sədr seçilib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əfsanəvi hücumçu 3 illik müqaviləyə imza atıb.

O, "Dinamo"nun strateji inkişaf məsələləri ilə məşğul olacaq, habelə, bütün struktur bölmələri, o cümlədən, uşaq futbolu akademiyası ilə qarşılıqlı əlaqədə çalışacaq. Maradona vəzifəsinin icrasına Rusiyada futbol üzrə dünya çempionatı yekunlaşdıqdan sonra başlayacaq.

"Dinamo" Belarus çempionatında 7 turdan sonra 9 xalla 8-ci pillədə qərarlaşıb. Maradona isə mundiala Venesuelanın dövlət telekanalı "Telesur"un jurnalisti kimi qatılacaq. Onun baş məşqçi kimi son iş yeri Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Fucayra" klubu olub.

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi