banner
banner

İdman

İsveç millisi futbol üzrə dünya çempionatına İbrahimoviçsiz gedir

| Xəbər 838 dəfə oxunub
İsveç millisi futbol üzrə dünya çempionatına İbrahimoviçsiz gedir

İsveç milli komandasının Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

"Report"un məlumatına görə, 23 nəfərlik siyahıda 22 oyunçu legionerdir. Yalnız Rusiyanın "Krasnodar" klubunun futbolçusu Andreas Qrankvist gələn mövsümdən İsveç "Helsinqborq"unda çıxış edəcək. Əvəzində ABŞ-ın "Los-Anceles Qelaksi" komandasında çıxış edən Zlatan İbrahimoviç mundiala aparılmayacaq. Baxmayaraq ki, İbrahimoviç DÇ-2018-də oynamaq istəyini dilə gətirib.

İsveç millisinin heyəti:

Qapıçılar: Robin Olsen ("Kopenhagen", Danimarka), Karl Yohan Yonsson ("Genqam", Fransa), Kristoffer Nordfeldt ("Suonsi", Uels)

Müdafiəçilər: Mikael Lustiq ("Seltik", Şotlandiya), Viktor Lindelef ("Mançester Yunayted", İngiltərə), Andreas Qrankvist ("Helsinqborq"), Lüdvid Auqustinsson ("Verder", Almaniya), Emil Kraft, Filip Helander (hər ikisi "Bolonya", İtaliya), Pontus Yansson ("Lids", İngiltərə), Martin Olsson ("Suonsi", Uels)

Yarımmüdafiəçilər: Emil Forsberq ("Leyptsiq", Almaniya), Viktor Klasson ("Krasnodar", Rusiya), Albin Ekdal ("Hamburq", Almaniya), Sebastyan Larsson ("Hall Siti", İngiltərə), Cimmi Durmaz ("Tuluza", Fransa), Markus Roden ("Krotone", İtaliya), Oskar Hilyemark ("Cenoa", İtaliya), Qustav Svensson ("Sietl", ABŞ)

Hücumçular: Ola Toyvonen ("Tuluza", Fransa), Markus Berq ("Əl-Ayn", BƏƏ), Yon Qvidetti ("Alaves", İspaniya), İsaak Kise Telin ("Vasland-Beveren", Belçika)

Qeyd edək ki, dünya çempionatında İsveç yığması Cənubi Koreya (18 iyun, Nijni Novqorod), Almaniya (23 iyun, Soçi) və Meksika (27 iyun, Yekaterinburq) ilə F qrupunda yer alıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi