banner
banner

Mədənİyyət

Astanada türk xalqlarının muzey əşyalarının istifadə və qorunmasına dair toplantı keçirilib

| Xəbər 2036 dəfə oxunub
Astanada türk xalqlarının muzey əşyalarının istifadə və qorunmasına dair toplantı keçirilib

Qazaxıstanın paytaxtı Astanada türk xalqları Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupunun təsis toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən təşkil olunan tədbirdə türkdilli dövlətlərin muzeylərində vahid standartların tətbiqi, universal dəyər daşıyan muzey əşyalarının qarşılıqlı surətlərinin hazırlanması və mübadiləsi məsələləri müzakirə edilib.

Avrasiya qitəsində min illər boyu böyük mədəniyyət qurmuş türkdilli xalqların maddi və mədəni mirasının qorunması, bərpası, dünyaya tanıdılması üçün vahid standartların hazırlanması, milli muzeylər arasında bu istiqamətdə əməkdaşlığı gücləndirilməsi xeyli aktuallaşıb.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Monqolustanın muzeyşünaslıq işləri üzrə rəsmi nümayəndələri, muzey rəhbərləri, TÜRKSOY və Macarıstanın Astanadakı səfirliyinin təmsilçilərinin iştirak etdiyi toplantıda TWESCO-nun prezidenti Darxan Kıdırəli bildirdi ki, işçi qrupunu formalaşdırmaqda əsas məqsəd maddi-mədəni mirasımızın əsas qoruyucuları olan muzeylərimizlə elmi və mədəni əməkdaşlığı canlandırmaq, ortaq dəyərlərimizin beynəlxalq ictimaiyyətə daha təsirli təqdimatı üçün onlar arasında vahid metodoloji standartların işlənib hazırlanması üçün müzakirələr başlatmaqdır.

Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi aparatının katibi Kuatjan Ualiyev, Azərbaycan, Türkiyə və digər ölkələrin nümayəndələri türk dünyası üçün universal dəyər daşıyan muzey əşyalarının siyahısının hazırlanması, ortaq tarix və mədəniyyətlə bağlı muzey eksponatlarının surətlərinin mübadiləsi, muzey eksponatlarının konservasiyası və bərpası ilə bağlı təkliflərini səsləndiriblər.

Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupunun muzeyşünaslıq məsələlərində metodoloji şura funksiyanı üzərinə götürəcəyi bildirilib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev Beynəlxalq İşçi Qrupunun sədri seçilib



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi