banner
banner

Səhİyyə

Azərbaycan bu dərmanları Türkiyə, İran və MDB ölkələrinə ixrac edəcək

Azərbaycan bu dərmanları Türkiyə, İran və MDB ölkələrinə ixrac edəcək

Azərbaycanda istehsal olunacaq əczaçılıq məhsullarının “Made in Azerbaijan” brendi altında Türkiyə, İran, Ukrayna, Gürcüstan və MDB ölkələrinə ixrac olunması planlaşdırılır.

Bu barədə özəl olaraq Trend-ə İqtisadiyyat Nazirliyindən bildiriblər.

Nazirlikdən bildirilib ki, Azərbaycan Prezidentinin 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə yaradılan və əczaçılıq məhsullarının istehsalı üzrə ixtisaslaşmış Pirallahı Sənaye Parkında 3 rezident - Azərbaycan-Rusiya birgə müəssisəsi olan “Hayat Pharm” MMC, Azərbaycan-İran birgə müəssisəsi olan “Caspian Pharmed” QSC və “Diamed Co” MMC qeydiyyata alınıb.

 

Rusiya və İranla birgə yaradılacaq zavodlarda ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, anti-histamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri, “Diamed Co” MMC tərəfindən yaradılan zavodda isə birdəfəlik şprislər istehsal ediləcək.

Nazirlikdən bildirilib ki, 2018-ci ilin sonunda Azərbaycan və Rusiya birgə müəssisəsində qablaşdırma xəttinin istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, 2017-ci ildə “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Ukraynanın “İndar” şirkəti arasında Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılmasına dair imzalanmış Anlaşma Memorandumuna əsasən, “İndar” şirkəti Sənaye Parkında beynəlxalq standartlara uyğun infuziya və inyeksiya məhsulları istehsal edəcək. Ümumilikdə, Pirallahı Sənaye Parkının hazırki rezidentləri tərəfindən sənaye parkında 350-yə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Hazırda ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra aparıcı şirkətlərlə də danışıqlar aparılır



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dünya yeni pandemiya ilə üz-üzədir? - Professordan açıqlama

"X xəstəliyi" dedikdə, konkret bir xəstəlik nəzərdə tutulmur. Söhbət növbəti pandemiyalardan gedir. Hələ COVID-19 pandemiyasından illər əvvəl Ümumdünya Səhiyyə Təşkilatı insan sağlamlığını təhdid edən 10 xəstəliyi açıqlamışdı. Həmin vaxt qrip pandemiyasının da olacağı deyilirdi".

Azərbaycanda yeni qalmaqal: Qadınlar həkimlərlə birgə kişiləri aldadır? - BU NƏDİ BELƏ?!

“Övladı olmayanların süni mayalanmaya əl atması halları artır. Məlum olduğu kimi, həkimlər ər və arvadın hüceyrələrini götürərək embrion yaradır və qadının bədəninə yerləşdirirlər. Lakin necə əmin olaq ki, həkimlər məhz ər və arvadın hüceyrələrindən istifadə edirlər? Bəlkə hüceyrələr donorlara məxsusdur? Söz açacağım hadisə məhz bu qəbildəndir”.

Qızılcaya yoluxanlar buna görə ölür - Həkimdən SOS

Qızılca virus şəkilində yayılan yoluxucu xəstəlikdir. Xəstəlik hava-damcı yolu ilə yoluxur. Qızılcaya yoluxan insanlarda ilk növbədə qızdırma, halsızlıq, sonra ağciyər və beyində müxtəlif əlamətlər ortaya çıxır. Yaşlı insanlarda qızılcanın ağırlaşmış halı isə pnevmoniya və beyin ödemidir. Ölüm halları da buna görə baş verir.

Səhiyyə Nazirliyi valideynlərə ÇAĞIRIŞ ETDİ

"Kəskin respirator virus infeksiyalarından qorunmağın ən effektiv yolu peyvəndlənmədir. Qeyd edim ki, Azərbaycanda tətbiq olunan və Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə gətirilən 3 komponentli "QPM" vaksini qızılca ilə yanaşı, parotit və məxmərək kimi virus mənşəli xəstəliklərə qarşı olan bir peyvənddir".