banner
banner

Dünya

İsrailin İstanbuldakı baş konsulundan ölkəni tərk etmək tələb olunub

| Xəbər 779 dəfə oxunub
İsrailin İstanbuldakı baş konsulundan ölkəni tərk etmək tələb olunub

Türkiyə İsrailin İstanbuldakı baş konsulunu ölkəni tərk etməyə çağırıb.

Trend-in məlumatına görə, bunu Türkiyə KİV-ləri Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən yazır.

Bu gün səhər İsrailin baş konsuluna bu tələbin çatdırıldığı bildirilir.

 

Mayın 15-də Türkiyə XİN Qəzza sektorundakı vəziyyətin gərginləşməsi ilə əlaqədar İsraildəki səfirini geri çağırıb.

Türkiyənin Baş naziri Binəli Yıldırım ötən gün müsəlman ölkələrini İsraillə münasibətlərinə yenidən baxmağa çağırıb.

Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. Mayın 14-də İsrail əsgərləri aksiya iştirakçılarına atəş açıblar. Qarşıdurma nəticəsində 55 fələstinli ölüb, 2700-ü yaralanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi