banner
banner

Gündəm

Bayılda evlərin dağılmasının ilkin SƏBƏBİ açıqlandı

| Xəbər 1044 dəfə oxunub
Bayılda evlərin dağılmasının ilkin SƏBƏBİ açıqlandı

Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində evlərin dağılmasına səbəb ilkin ehtimala görə yamacın antropogen yüklənməsi ola bilər.

Trend-in məlumatına görə, bunu sürüşmə ərazisində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyanın dəstə rəisi Rafiq Həsənov deyib.

O qeyd edib ki, hazırda hadisənin səbəbi ilə bağlı araşdırma aparılır:

 

"Kanalizasiya xətlərindən sızmalar ərazinin geologiyasını təşkil edən süxurların yuyulmasına təsir edib. İlkin rəy budur. Hazırda araşdırmalar davam etdirilir. Buna birmənalı olaraq sürüşmə hadisəsi demək olmaz. Antropogen təsirlərdən qrunt aşınıb".

Qeyd edək ki, mayın 15-də saat 20 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir.

Buxta küçəsindəki təhlükə yaranmış ərazidən ümumilikdə 22 ailə (55 nəfər) köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur. Ərazidə araşdırmalar aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi