banner
banner

Krİmİnal

Bakıda kirayənişin qaldığı mənzilin əşyalarını satıb

| Xəbər 1874 dəfə oxunub
Bakıda kirayənişin qaldığı mənzilin əşyalarını satıb

Bakıda kirayənişin qaldığı mənzilin əşyalarını satıb.

DİN-dən Trend-ə verilən məlumata görə, mayın 14-də Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə Bahar qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Zərərçəkmiş T.Fətəliyev bildirib ki, bir müddət əvvəl özünə məxsus 4 ədəd televizor, 2 divan, 2 kreslo, 2 xalça və digər məişət əşyalarını saxlamaq üçün tanışının evində yerləşdirib. Ev sahibi isə həmin evi kirayə veribmiş. Bu yaxınlarda həmin əşyaları götürməyə gələndə isə onları tapmayıb. Kirayədə qalan şəxs isə həmin əşyalardan xəbəri olmadığını deyib.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və şübhələr mənzildə kirayədə yaşayan Ucar rayon sakini Pünhan İbadovun üzərində cəmləndiyindən o, saxlanılıb. Törətdiyi cinayət əməlini etiraf edən bu şəxs 2 ildir ki, həmin mənzildə kirayədə yaşadığını, son bir neçə ay ərzində həmin avadanlıqları tək-tək satdığını bildirib.

 

Qeyd olunan məişət əşyalarını əşyalarının hamısı polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi