banner
banner

İqtİsadİyyat

Azərbaycanın aviadaşımalar bazarına daha 21 xarici aviaşirkət daxil olub

| Xəbər 1916 dəfə oxunub
Azərbaycanın aviadaşımalar bazarına daha 21 xarici aviaşirkət daxil olub

Son iki il ərzində Azərbaycanın aviasiya bazarına daha 21 aviaşirkət daxil olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən Trend-ə verilən məlumata görə, bunlar “Ata Airlines”, “Montenegro Airlines”, “Etihad Airlines”, “Air Arabia”, “Nord Wind Airline”, “Ikar Airlines”, “Ir Aero”, “Al Naser Wings Airlines”, “Pobeda Airlines”, “Salam Air”, “KomAviatrans Aero”, “Jazeera Airlines”, “Wataniya Airlines” (Kuwait National Airways), “Mahan Air”, “Taban Air”, “Israir”, “Arkia Airlines”, “Flynas”, “Gulf Air”, “Nordavia Regional Airlines”, “Pegasus Airlines” aviaşirkətləridir.

 

2016-cı ildən başlayaraq, qüvvədə olan “Yay-2018” mövsümü də daxil olmaqla, Əl-Küveyt, Əbu-Dabi, Şarca, Tivat, Məsqət, Ər-Riyad, Dammam, Ufa, Krasnoyarsk, Samara, Trabzon, Jukovski, Manama, Sofiya, Alaniya və Kiyevin ikinici hava limanı olan Julyanı istiqamətləri üzrə 16 yeni reys açılıb.

Bu günədək hava əlaqəsi haqqında 39 saziş imzalanıb, 34 saziş ekspertlər səviyyəsində razılaşdırılıb. 2016-cı ildən başlayaraq 4 dövlətlə (Əfqanıstan, Cibuti, Küveyt, ABŞ) sazişlər imzalanıb, 7 dövlətlə (Аvstraliya, İsrail, Keniya, Yeni Zelandiya, Мonqolustan, Тailand, Seyşel Adaları) saziş mətnləri razılaşdırılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi