banner
banner

Dünya

ABŞ-da İŞİD üçün kadr hazırlayan şəxslər azadlıqdan məhrum edilib

| Xəbər 1634 dəfə oxunub
ABŞ-da İŞİD üçün kadr hazırlayan şəxslər azadlıqdan məhrum edilib

ABŞ-ın Florida ştatının məhkəməsi 3 yerli sakini İŞİD terror qruplaşmasına maddi yardım göstərmək məqsədi ilə işbirliyində iştiraka görə müxtəlif müddətlərə azadlıqdan məhrum edib.

“Report” xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Ədliyyə Nazirliyi məlumat yayıb.

Deyn Antani Kristian, Darren Arness Cekson və Qreqori Habbard 2016-cı ilin iyulunda Federal Tədqiqatlar Bürosu tərəfindən saxlanılıb. İttiham aktına görə, onlar 2015-ci ilin iyulundan etibarən İŞİD-ə "kadr yığımı"nda yardım göstərmək məqsədi ilə işbirliyinə giriblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi