banner
banner

Krİmİnal

Lənkəranda qanunsuz yolla əldə olunmuş meşə materialı aşkar edilib

| Xəbər 1970 dəfə oxunub
Lənkəranda qanunsuz yolla əldə olunmuş meşə materialı aşkar edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Tükəncil kəndinin həyətyanı sahələrində meşə materiallarının yığılması ilə bağlı daxil olan məlumat Ətraf Mühitin Mühafizəsi Departamentinin və Lənkəran Günəhir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə dərhal yerində araşdırılıb.

ETSN-dən Trend-ə verilən məlumata görə, kəndin həyətyanı sahələrinə keçirilən baxış zamanı ümumilikdə 29.6 m3 həcmində 3251.12 manat dəyərində qanunsuz yolla əldə olunmuş meşə cinsli ağaclardan hazırlanmış taxta və girdə işlik meşə materialları aşkar edilib.

 

Faktlarla bağlı həyətyanı sahələrin sahibləri Əlirza Baxşıyev və Hakim Bayramov barəsində qanunvericiliyə uyğun sənədləşmə aparılıb. Hazırda meşə materiallarının kəsildiyi ərazilərin müəyyənləşdirilməsi və zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi