banner
banner

Mədənİyyət

Bakıda “Qədim el sənətləri” festivalı təşkil ediləcək

| Xəbər 8518 dəfə oxunub
Bakıda “Qədim el sənətləri” festivalı təşkil ediləcək

Mayın 25-26-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qədim el sənətləri” adlı festival keçiriləcək. Festival Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşacaq.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi çərçivəsində gerçəkləşəcək festivalda müxtəlif musiqi kollektivləri iştirak edəcək, kitab sərgiləri açılacaq, habelə tamaşalar göstəriləcək, milli geyimlər, interaktiv oyunlar, xalça toxuma və bu kimi nümunələr təqdim olunacaq.

Festivalın kuratoru “Mədəniyyət” telekanalının “Xalq yaradıcılığı” redaksiyasının baş redaktor müavini, tarix elmləri doktoru Güllü Yoloğludur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi