banner
banner

Mədənİyyət

Vladiqafqaz teatrının qastrol səfəri başa çatıb

Vladiqafqaz teatrının qastrol səfəri başa çatıb

V.Txansayev adına Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrının qastrol səfəri başa çatıb. Teatrın kollektivi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində dörd gün “Vova möcüzələr ölkəsində” adlı tamaşa ilə çıxış edib. Birhissəli tamaşanın quruluşçu rejissoru Diana Çerçesov, rəssamı Vera Kasayeva, musiqi redaktoru Ruslan Daurovdur.

Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qastrol səfərinin sonuncu günü direktor, Əməkdar Artist Mübariz Həmidov Vladiqafqaz teatrının yaradıcı heyətini “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində uğurlu çıxışı və festivalın diplomuna layiq görülməsi münasibətilə təbrik edib. O, kollektivi Bakı qastrolunda iştirakına görə mükafatlandıraraq, qarşılıqlı yaradıcılıq əlaqələrindəki xidmətlərinə görə təşəkkür edib.

Qonaq teatrın bədii rəhbəri Vladislav Kaliyev səmimi qarşılanma və tamaşaların məktəblilər tərəfindən böyük maraqla izlənməsinə görə təşəkkürünü bildirib. İki dost respublika arasında teatr mübadiləsindən məmnunluğunu ifadə edən bədii rəhbər əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Xatırladaq ki, Gənc Tamaşaçılar Teatrı dünyanın bir sıra teatrları, eləcə də Rusiyada fəaliyyət göstərən teatr kollektivləri ilə “qarşılıqlı qastrol səfərlərinə dair” yaradıcılıq müqavilələri imzalayıb



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər