banner
banner

Krİmİnal

Bakıdakı dəhşətli partlayışa görə vəzifəli şəxs HƏBS EDİLDİ

| Xəbər 10971 dəfə oxunub
Bakıdakı dəhşətli partlayışa görə vəzifəli şəxs

Dünən Bakı şəhərinin Binəqədi rayonunda baş vermiş dəhşətli partlayışla bağlı vəzifəli şəxs tutulub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 3 nəfərin ölümünə səbəb olan güclü partlayışın baş verdiyi çayxananın yerləşdiyi “Azərtransservis” ASC-nin sədri Haqverdiyev Eyyub Məmməd oğlu şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Qeyd edək ki, ASC Əhməd Rəcəbli küçəsi 304 ünvanında yerləşir və həmin çayxananın idarənin həyətində fəaliyyət göstərdiyi üzə çıxıb. Qaz sızmasından baş vermiş güclü partlayış nəticəsində orada olan 4 nəfərdən 2-si hadisə yerində, biri isə xəstəxanada vəfat edib. Digər yaralının vəziyyəti ağırdır.

Onu da qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsi (səhlənkarlıq, 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi