banner
banner

Sosİal

Yuxarı kurs tələbələri müalicə müəssisələrində işləyə bilərlər

| Xəbər 1539 dəfə oxunub
Yuxarı kurs tələbələri müalicə müəssisələrində işləyə bilərlər

Azərbaycan Tibb Universitetinin (ATU) yuxarı kurs tələbələri bundan sonra universitetin klinikalarında və bir sıra müalicə müəssisələrində orta tibb təhsilli işçi vəzifələrində işləyə biləcəklər.

Trend-in Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, “Əhalinin sağlamlığının qorunması haqqında” qanununun 46-cı maddəsinə əsasən, ali tibb və əczaçılıq təhsilinin başa vurmamış şəxslər müvafiq icra hakimiyyətinin müəyyənləşdirdiyi qaydada orta tibb təhsilli işçi vəzifəsində tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.

 

Bununla əlaqədar müalicə profilaktika fakültəsinin tələbələri 3-cü kursu bitirdikdən sonra stomatologiya, ictimai səhiyyə və əczaçılıq tələbələri isə 4-cü kursu bitirdikdən sonra ATU-nun klinikalarında və universitetin bazası olan müalicə müəssisələrində müvafiq orta tibb təhsilli işçi vəzifələrində diplomaqədərki müddətdə işə qəbul oluna bilərlər.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi