banner
banner

Sosİal

Səbaildə Cümhuriyyətin yubileyihə həsr olunmuş elmi konfrans keçirilib

Səbaildə Cümhuriyyətin yubileyihə həsr olunmuş elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində Təhsil Nazirliyi və STAR-NET-in birgə təşkilatçılığı ilə magistrantların və gənc tədqiqatçıların “Fizika və astronomiya problemləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Rusiya, Türkiyə, Ukrayna, Belarus, Qazaxıstan universitetlərinin, o cümlədən, respublika ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq konfransın plenar iclasını açan rektor, akademik Abel Məhərrəmov Ulu Öndər Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfransın əhəmiyyətindən bəhs edib. BDU-nun aparıcı fakültələrindən olan fizika fakültəsinin əməkdaşlarının yüksək səviyyədə apardıqları nəzəri və eksperimental tədqiqatlarının nəticələrinin dünyanın aparıcı jurnallarında dərc edildiyini diqqətə çatdırıb. Xüsusi olaraq qeyd edib ki, 2017-ci ilin nəticələrinə görə fizika fakültəsinin gənc alim və tədqiqatçıları Tomson Röyters agentliyinin siyahısına daxil olan jurnallarda 118 elmi məqalə çap etdiriblər ki, bu da ölkə üzrə çox yüksək göstəricidir. Bu amil bir daha gənc tədqiqatçıların, ümumiyyətlə yeni nəslin fundamental elm sahələrinə marağının getdikcə artmasını təsdiq edir.

 

Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanovun konfrans və iki gün davam edəcək bölmə iclasları haqqında məlumatından sonra gənc doktoranlar Həbibə Şirinova və Şəlalə Şamilovanın məruzələri dinlənilib. Gənc alimlər çıxışlarında onu da qeyd ediblər ki, ötən il Tomson Röyters agentliyinin siyahısına daxil olan jurnallarda 118 elmi məqalənin çap olunması BDU-da innovativ sahələr üzrə tədqiqatlar aparmaq üçün yaradılan şəraitin daha bir təsdiqidir. Gənc alimlər universitetin 100 illik yubileyinin qeyd ediləcəyi gələn il üçün bu rəqəmi bir qədər də artırmağa çalışacaqlarını diqqətə çatdırıblar.

Plenar iclasdan sonra konfrans işini “Nəzəri fizika və astrofizika”, “Bərk cisimlər və yarımkeçiricilər”, “Fiziki elektronika”, “Biofizika və molekulyar fizika”, Nanomateriallar və nanotexnologiyalar”, Fizikanın tədrisi üsiulları” bölməsində davam etdirəcək və ümumilikdə 116 məruzə dinləniləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək - DETALLAR

Azərbaycanda yaxın vaxtlarda Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək.

Bakıda liftdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu tarixədək...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.