banner
banner

İqtİsadİyyat

İran üçün taxıl

| Xəbər 1624 dəfə oxunub
İran üçün taxıl

Nəqliyyat-logistika sahəsinin ekspertləri üçün yaz mövsümü dəyişməz olaraq toxum, pestisidlər, gübrə kimi müəyyən mal qruplarının, bir sözlə əkin mövsümü ilə əlaqədar bütün malların yükdaşıma həcmlərinin artması ilə bağlıdır.

Bu dövr İran kimi cənub regionlarında şimal qonşulardan bir az əvvəl başlayır: bu ölkələrin aqrarçıları üçün artıq fevralın sonunda çətin dövr başlayır. Lakin çətinlik təkcə işin miqyası baxımından deyil, həm də əlverişsiz iqlim şəraiti ilə əlaqədardır. İrana daxili bazarın özünü təmin etməsi üçün özünün yetişdirdiyi buğda və arpa həcmləri kifayət etdiyi halda, emal sektoru böyük dərəcədə idxal olunan xammaldan asılıdır. Belə ki, İran 2017-ci ildə dünyada arpa idxalının həcminə görə Səudiyyə Ərəbistanı və Çindən sonra üçüncü olub. Bununla belə, ixrac edilən xammalın 25 faizi Rusiyadan İrana tədarük edilib.

Rusiyadan İran istiqaməti üzrə taxıl bitkilərinin daşınma xüsusiyyətləri barədə “AsstrA-Associated Traffic AG” şirkətində Iran Country Manager olan Məhəmməd Sadiqxorabadi

- Rusiya-İran istiqaməti üzrə dənli bitkilərin daşınmasına tələbatın artması və ya azalmasını qeyd edirsinizmi, bu nə ilə əlaqədardır? Yaxın müddət üçün bazar üzrə hansı proqnozu verə bilərsiniz?

- Mən dəqiq deyə bilərəm ki, sonradan İrana ixrac üçün Rusiyada alınan dənli bitkilərinin həcmi artır. Bu, hətta bizim müştərilərimizin sifarişlərindən görünür: belə ki, bu yaxınlarda, praktiki olaraq eyni vaxtda biz iki müxtəlif müştəridən Saratov və Volqoqraddan İrana arpa və mərcinin daşınması üzrə sorğular aldıq. Daşınan yükün ümumi həcmi təqribən 3,5 min ton təşkil edib. Və biz məhz bu istiqamət üzrə dənli bitkilərin daşınması üçün mütəmadi sayılı sorğular alırıq. Bu, ilk növbədə hava şəraiti ilə əlaqədar İran bazarına marağın artması ilə bağlıdır. Fevral ayının sonunda İranda Böhran vəziyyətlərinin idarə edilməsi üzrə Milli Mərkəz bütün ölkədə quraqlığın yayılması (qeyd.ölkə ərazisinin 97 faizi) barədə məlumat verib. Belə şəraitdə, iyulda toplanmış məhsulun İranın daxili bazarını təmin edə biləcəyi artıq indi çox az ehtimal edilir, hələ mən unüyüdən zavodlardan danışmıram. Onlar bərəkətli illərdə də İran xammalı ilə cəmi 50 faiz yüklənib. Buna görə də biz yaxın vaxtlarda həm arpa və mərcinin daşınma sayı və həcmlərinin artmasını, həm də bu siyahıya buğda, düyü və digər bitkilərin əlavə olunmasını gözləyirik.

- İran son illər ərzində kənd təsərrüfatı məhsullarının, o cümlədən dənli bitkilərin idxalına bir neçə qadağa qoyub. Bu, yükdaşımaların həcminə necə təsir göstərir?

- İranın kənd təsərrüfatı sektorundakı qadağalar kifayət qədər çevikdir. Belə ki, ötən ilin noyabr ayında düyü idxalına qoyulmuş qadağa ləğv edilib. Üç həftə bundan əvvəl isə İran, Rusiya və Qazaxıstan buğda ticarəti haqqında üçtərəfli saziş imzalayıblar və bu, ötən ilin mart ayında qəbul edilmiş iki illik qadağaya rəğmən edilib.

- Logistika barədə danışsaq, siz taxılı əsasən konteynerlərdə, yoxsa tentlərdə daşıyırsınız? Sifarişçi üçün hansı variant sərfəlidir?

 

- Yükləmə yerindən asılıdır, məsələn, Saratovda arpanı yerüstü nəqliyyatla daşımaq sərfəli idi, buna görə də müştəriyə 20 tonluq avtorefrijeratorlarla daşıma variantını təklif etdik. Həştərxanda isə əlbəttə ki, dəniz yolu ilə daşımanı seçdik, lakin kiçik istisna ilə - biz taxılı konteynerdə deyil, töküb qalaq etmə şəklində daşıdıq. Ümumilikdə nəqliyyat vasitəsinin seçimi yalnız daşımanın yekun qiymətinə təsir edir, deməli istehlakçı üçün taxılın son qiymətinə də.

- İrana taxıl daşınması zamanı hansı rəsmiyyətlərlə və çətinliklərlə üzləşməli olursan?

- Hüquqi baxımdan taxılın daşınması üçün sanitar sertifikatı, müşayiətedici sənədlər və konosamentlər tələb olunur. Əgər müştəri təkbaşına rəsmiləşdirməyə vaxt itirmək istəmirsə, biz onun üçün zəruri sənədləri təmin edirik. İran şirkətləri ilə işdə özünəməxsusluq, bilik və anlayış var ki, bu da daşıma prosesini xeyli dərəcədə yüngülləşdirir və sürətləndirir.

Praktiki baxımdan Rusiya-İran istiqaməti üzrə logistik operatorlar üçün əsas çətinlik maşınların, gəmilərin və ya limanlarda boş müvəqqəti saxlama anbarlarının çatışmazlığıdır. Bizim vəziyyətdə isə “AsstrA” etibarlı podratçıların geniş şəbəkəsi sayəsində müştəriyə bu və ya digər çatdırılma variantını təklif edə bilər.

“AsstrA Grain Logistics “ layihəsinin rəhbəri Aleksey Sorokin kənd təsərrüfatı sektoru üçün “AsstrA” şirkətinin imkanları barədə:

"Layihə çərçivəsində “AsstrA” Avropa İttifaqı, MDB və Asiya ölkələrinə dənli bitkilərin beynəlxalq daşınmasını həyata keçirir. Biz taxıl bitkilərini tökülüb qalaqetmə və ya konteynerlərdə avtomobil, dəniz və çay nəqliyyatı ilə daşınmasını, taxıl daşıyan ixtisaslı vaqonlarda dəmiryol daşımalarını, habelə taxıl və yağ qrupundan olan yüklər üzrə ticarət əməliyyatlarını təklif edirik.”AsstrA”nın 2017-ci ildə daşıdığı arpa, səməni, buğda və digər taxıl bitki qruplarının həcmi 2016-cı illə müqayisədə 40 faiz artıb. Biz 2018-ci ildə də layihənin inkişaf tempini qorumağı planlaşdırırıq".

“AsstrA-Associated Traffic AG” baş ofisi Sürixdə yerləşən (İsveçrə) beynəlxalq nəqliyyat-logistika holdinqidir. Holdinq logistika sahəsində 20 ildən artıq iş təcrübəsinə və qüsursuz nüfuza malikdir. Şirkət MDB, Avropa və Asiyanın 16 ölkəsində təmsil olunub. “AsstrA” müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq daşımaların təşkili, idxal-ixrac müşayiəti, yüklərin sığortalanması, layihə logistikası, habelə ticarət, anbar və gömrük xidmətlərini özündə birləşdirən kompleks xidmətlər təqdim edir. “AsstrA” ofislərinin geniş coğrafiyası və peşəkarlarla əməkdaşlığı sayəsində cəlbedici qiymətlər üzrə optimal logistik həllər təklif edir, hər bir müştəri və tərəfdaşın tələbatlarını nəzərə alır. “AsstrA” Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası və Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının üzvüdür, habelə ISO 9001, ISO 14001, OHSAS 18001 sertifikatlarına malikdir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi