banner
banner

Mədənİyyət

“Nuri-didə Ceyhun”nun premyerası maraqla qarşılanıb

“Nuri-didə Ceyhun”nun premyerası maraqla qarşılanıb

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün möhtəşəm premyerası təqdim olunub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ideya müəllifi Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev və quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə olan tamaşa yazıçı-dramaturq Əli Əmirlinin “Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanıb.

Azərbaycan səhnəsində ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı, yazıçı-publisist, tərcüməçi, naşir, ictimai xadim, azərbaycançılıq ideyalarına sonadək sadiq qalan Ceyhun Hacıbəylinin obrazının canlandırıldığı tamaşa onun məşəqqətli mühacirət həyatından, Cümhuriyyətimizin keçdiyi çətin, lakin şərəfli mübarizə yolundan bəhs edir. Pyesdə hadisələr konkret bir tarixi şəxsiyyət ətrafında cərəyan etsə də, qürbət eldə yaşayan bütün mühacir soydaşlarımızın ümumiləşdirilmiş obrazı səhnəyə gətirilir.

Rollarda Əməkdar artistlər Pərviz Məmmədrzayev, Nəsibə Eldarova, Şövqi Hüseynov, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Nadir Xasıyev, Firuz Məmmədov, Şaban Cəfərov, Mehriban Zalıyeva və 14 yaşlı aktyor Hüseyn Nağıyev iştirak edib. Tamaşada Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Niyazi və başqa bəstəkarların əsərlərindən istifadə olunub. Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar Artist Vaqif Məstanovdur.

Anşlaqla keçən premyerada ölkənin rəsmi şəxsləri, ictimai-siyasi xadimlər, tanınmış sənət adamları, xarici səfirliklərin nümayəndələri iştirak ediblər



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər