banner
banner

İqtİsadİyyat

BP-nin regional prezidenti: "Cənub Qaz Dəhlizi"nin açılışı həqiqətən də dünya miqyaslı bir nailiyyətdir

BP-nin regional prezidenti: "Cənub Qaz Dəhlizi"nin açılışı həqiqətən də dünya miqyaslı bir nailiyyətdir

"Cənub Qaz Dəhlizi"nin açılışı həqiqətən də dünya miqyaslı bir nailiyyətdir.

Trend-in məlumatına görə, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons Bakıda keçirilən 25-ci Beynəlxalq "Xəzər Neft və Qaz" konfransında çıxışı zamanı deyib.

O bildirib: "Dünya səviyyəli layihələrdən danışarkən qeyd etməliyəm ki, dünən digər bir əlamətdar hadisənin şahidi olduq – Cənub Qaz Dəhlizinin rəsmi açılışı qeyd edildi. Bu, dəfedilməz görünən maneələrə baxmayaraq, bir çox ölkələrdə minlərlə insanın uzun illər ərzindəki zəhmətinin kulminasiya nöqtəsidir. Biz buna Azərbaycan hökuməti, "Şahdəniz" layihəsindəki tərəfdaşlarımız, SOCAR, "Türkiye Petrolleri", "Petronas", "Lukoil", NICO və “Cənub Qaz Dəhlizi”, habelə daha geniş regiondakı çoxsaylı maraqlı tərəflərlə birlikdə nail olduq".

BP-nin regional prezidenti vurğulayıb ki, bu, həqiqətən də dünya miqyaslı bir nailiyyətdir: "Bir daha bütün əməyi olan hər kəsi təbrik etmək istəyirəm. Əlbəttə ki, biz AÇG və "Şahdəniz" yataqlarından Azərbaycan hökuməti, tərəfdaşlarımız və Azərbaycan xalqının xeyrinə, təhlükəsiz və etibarlı şəkildə neft və qaz hasilatını davam etdirəcəyik. Hər iki yataq üçün də əsrin ortasınadək davam edən işlənmə planımız var".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mərkəzi Bankın faiz qərarı - Manatın taleyi...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.