banner
banner

Maraqlı

Zehni və fiziki yorğunluğu aradan qaldırır...

| Xəbər 2523 dəfə oxunub
Zehni və fiziki yorğunluğu aradan qaldırır...

1. Fındıq bədənə güc və enerji verir. 

2. Zehni, fiziki yorğunluğu aradan qaldırır. 

3. Tərkibində olan yüksək kalsium sümükləri və dişləri gücləndirir. 

4. Fındıqda pəhriz lifi 1-3 % nisbətində olur. Bunun sayəsində bağırsaqda yaranan kimyəvi birləşmələr toksik təsirlərin, qalın bağırsaq xəstəliklərinin, qəbizliyin qarşısını alır. 

5. Serum lipid səviyyəsini və qanda olan şəkəri salır.

6. Fındıq ağciyər xəstəliklərində faydalıdır. Qanazlığı, həzm və qan dövranı sistemi pozuntularının qarşısını almaqda kömək edir.

7. Fındığın daha bir faydası isə onun yağındadır. Fındıq yağı böyrək daşlarını və qumunu salmağa yardım edir. Həm də böyrək ağrılarına da yaxşı təsir göstərir. Lakin yüksək təzyiq və mədəsindən şikayəti olanlara çox istifadə məsləhət görülmür.

8. Fındığın yağından kosmetologiyada da geniş istifadə edilir. Dəriyə nəm, parlaqlıq, canlılıq verir. Hamiləlikdən sonra yaranan dəri çatlamaları, deformasiyanın aradan qaldırılmasında istifadə edilir.

9. Dəmir, kalsium, maqnezium, sink, protein kimi minerallar, E vitamini ilə zəngindir. Hər gün 25-30 qram fındıq yemək gündəlik E vitamini ethiyacını 100 faiz ödəyir. Tərkibində isə xolesterin yoxdur.

10. Gün ərzində insanı tox saxlayır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi