banner
banner

Maraqlı

Azərbaycanlı qadın “Ginnesin Rekordlar Kitabı”na düşmək istəyir

| Xəbər 1629 dəfə oxunub
Azərbaycanlı qadın “Ginnesin Rekordlar Kitabı”na düşmək istəyir

İsmayıllı rayonunun Xanagah kənd sakini Mirəstə Nəbiyeva uzunluğu 4 metr olan sabun bişirib.

Axşam.az APA-ya istinadən xəbər verir ki, İsmayıllı sakini bu vaxta qədər müxtəlif əl işləri hazırlayaraq rayon tədbirlərindəki sərgilərdə nümayiş etdirib.

O, bu dəfə isə uzunluğu 4 metr, eni 63 sm, hündürlüyü 5 sm, çəkisi 500 kq olan sabun hazırlayıb.

M.Nəbiyeva əl işi ilə “Ginnesin Rekordlar Kitabı”na düşmək iddiasındadır və bununla bağlı müraciət edəcəyini deyib.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi