banner
banner

Krİmİnal

Heydər Əliyev Beynəlxalq Aeroportunda vizası saxta olan 3 əcnəbi saxlanılıb

| Xəbər 1139 dəfə oxunub
Heydər Əliyev Beynəlxalq Aeroportunda vizası saxta olan 3 əcnəbi saxlanılıb

2018-ci ilin 29 may tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd nəzarəti əməkdaş­larının sayıq­lığı və pe­şəkarlığı sayəsində xarici vətəndaşların saxta­laş­dırılmış sənədlərlə dövlət sərhədindən keçmək cəhdlərinin qarşısı alınıb.

DSX-dən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda sər­həd nəza­rəti zamanı 3 əcnəbinin sənədlərinin etibarlığı şübhə do­ğur­­ub, xüsusi laboratoriya şərai­tin­də dərinləş­di­ril­miş yoxlama nəti­cə­­sində şübhələrin əsaslı olması dəqiqləşdirilib.

“Dubay-Bakı” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı Pakistan İslam Res­­­­publikasının vətəndaşı 1974-cü il təvəllüdlü Nawaz Shoaib tə­rəfindən təqdim olunmuş Azərbaycan Respublikasının elektron vi­za­sının saxta olması müəyyən edilib.

 

“Bakı-Milan” reysinin sərnişinləri üzərində sərhəd nəzarətinin hə­ya­ta keçirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı 1989-cu il təvəllüdlü Shakeel Hafiz Muhammad Adnan tərəfindən təqdim olunmuş pasportdakı Şengen vizasının saxta olması aşkar olunub.

“İstanbul-Bakı” reysi ilə gəlmiş İran İslam Respublikası vətəndaşı 1990-cı il təvəllüdlü Hassanli Ali tərəfindən sərhəd nəzarətinə təq­dim olunmuş pasportdakı Böyük Britaniya vizasının saxta olma­sı müəyyən edilib.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­ləri həyata keçirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi