banner
banner

Sosİal

Paytaxtda uşaqlar yol hərəkəti qaydalarını pozan sürücüləri saxladı

Paytaxtda uşaqlar yol hərəkəti qaydalarını pozan sürücüləri saxladı

İyunun 1-də - Uşaqların Beynəlxalq Müdafəsi günü ilə bağlı paytaxtda “Yollarda uşaqların təhlükəsizliyini qoruyaq” şüarı altında maarifləndirici sosial aksiya keçirilib. Tədbirin keçirilməsində məqsəd orta məktəb şagirdləri, sürücü və piyadalar arasında yol hərəkəti qaydaları ilə bağlı məlumatlandırmanın təbliği olub.

Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsindən Trend-ə verilən məlumata görə, “ARB Günəş”in, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və “SinemaPlus” kinoteatlar şəbəkəsinin, müəllim-valideyn komitələrinin, ictimaiyyət nümayəndələrinin dəstəyi ilə keçirilən tədbirdə avtomobillərdə daşınan uşaqlara hədiyyələr paylanılıb, sürücü və piyadlarla profilaktiki söhbətlər aparılıb, maarifləndirici bukletlər verilib.

 

Aksiya çərçivəsində polis forması geyinən uşaqlar – yol polisinin gənc köməkçiləri hərəkət iştirakçılarını müxtəlif devizlər altında yollarda intizamlı olmağa dəvət ediblər. Uşaqlar yol hərəkəti qaydalarını pozan sürücüləri saxlayaraq, onlara yol polisi əməkdaşlarının tövsiyəsi ilə məsləhətlər veriblər.

Paytaxtın bir sıra küçə və prospektində keçirilən tədbirdə hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki, yol hərəkətinin təhlükəsizliyində, insanların həyat və sağlamlığının qorunmasında hər bir hərəkət iştirakçısı həssas olmalıdır. Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsinin xüsusi vurğulandığı tədbirdə şagirdlərə piyada keçidlərindən istifadə etmələri, işıqfordan keçərkən diqqətli olmaları tövsiyə edilib və necə hərəkət etmələri izah olunub. Yollarda hər bir hərəkət iştirakçısının konkret vəzifəsi ondan ibarətdir ki, qaydalara əməl etməli, məsuliyyətini dərk etməklə, təkcə özünün yox, başqalarının da hüquqlarına hörmətlə yanaşmalıdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ərazilərdə yerləşən sənədsiz EVLƏR SÖKÜLƏ BİLƏR - AÇIQLAMA

Bakı və ətraf ərazilərdə çoxsayda sənədsiz evlər mövcuddur. Bu sənədsiz evlər müvafiq kateqoriya üzrə qadağan olunan ərazilərdə tikildiyi üçün vətəndaşlar çıxarış ala bilmir və həmin evlər sökülür. Artıq Azərbaycanda sənədsiz evlərin sökülməsi ilə bağlı müavfiq işlər görülür və bu barədə təkliflər aktuallaşıb. Bəs hansı ərazilərdə yerləşən sənədsiz evlər söküləcək?

Ekspertdən Xəzər dənizi ilə bağlı SOS

“Xəzər dənizində süni torpaq sahələrinin yaradılaraq icarəyə və istifadəyə verilməsinə dair yeni qanun layihəsinin tərəfdarı deyiləm. Çünki bu, Xəzər dənizinin sahil xəttinin zəbt edilməsinə dair ciddi risklər yaradacaq”.