banner
banner

Krİmİnal

“Qadın qanlar içində küçədə sürünürdü... ” -Bakıdakı dəhşətli qətlin TƏFƏRRÜATLARI, FOTOLAR

“Qadın qanlar içində küçədə sürünürdü...

Dünən axşam saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində, Sadıxcan küçəsi 13 ünvanında dəhşətli qətl hadisəsi baş verib.

Hadisə zamanı 1963-cü il təvəllüdlü Esmira Cəfərova və onun qızı 2001-ci il təvəllüdlü Cəfərova Aytən ov tüfəngindən açılan atəş nəticəsində ağır yaralanıblar. Ana və qız 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həkimlər 17 yaşlı A.Cəfərovanın həyatını xilas edə bilməyiblər.

Musavat.com-un müxbiri hadisənin təfərrüatlarını öyrənmək üçün adıçəkilən ərazidə olub, hadisənin şahidlərini dinləyib. Mərhum Aytən Cəfərovanın yaşadığı məhəlləyə daxil olan zaman hər kəs hadisənin şokunu yaşayırdı. Qonşuları bizə hadisənin baş verdiyi evi göstərərək, qətl hadisəsinin necə baş verməsindən danışdılar.

Cəfərovaların evində dəfn hazırlıqlarının getdiyinin şahidi olduq. Qapının önündə üzərinə qırmızı örtülmüş tabut qoyulmuşdu. Mərhumun yaxınları və qonşuları evin önündə toplanmışdı. Evə daxil olub, A.Cəfərovanın yaxınları ilə həmsöhbət olmaq istəsək də, bu, mümkün olmadı. Onlar hadisə barədə mətbuata danışmaq istəmədiklərini bildirdilər. Qeyd etdilər ki, mərhum saat 16:00-da Balaxanı qəbiristanlığında dəfn ediləcək. 

Ətraflı məlumatı yalnız qonşulardan öyrənə bildik. Adının çəkilməsini istəməyən qonşu hadisənin baş verdiyi anı belə xatırlayır: “Hamımız evdə idik. Axşam saat 10 radələrində qəfildən güclü səs eşitdik. Aydın idi ki, bu, tüfəng səsidir. Qonşu Nəriman kişinin evindən hay-haray qopdu. Nə baş verdiyini öyrənmək üçün onlara getdik. Çöldə asfaltın üstündə bir qadın qanlar içində sürünüb, çığırır, imdad diləyirdi. Yaxınlaşdıqda qadının qanlar içində olduğunu gördük. Üzü spis vəziyyətdə idi. Bir neçə dəqiqədən sonra Təcili Tibbi Yardım gəldi. Qızın anası Esmira xanım vurulduqlarını qonşulara xəbər vermək üçün sürünə-sürünə evdən çıxmışdı. Hadisə zamanı atası evdə deyildi, həmin an onu görmədik”.

Digər şahidlərin dediyinə görə, hadisəni törədən şəxs Balaxanı sakini Sabir Qədimovdur. Məlumata görə, o, qətlə yetirilən Aytən Cəfərovanın nişanlısı olub. Qətlin baş verməsinə səbəb isə onların arasında qısqanclıq zəminində yaranmış mübahisə olub. Öyrəndik ki, Sabir Qədimov Cəfərovlar ailəsinin yaşadığı evin yaxınlığında ərzaq marketi işlədirmiş.

Sakinlərin dediyinə görə, S.Qədimov qətli ov tüfəngi ilə törədib. Ov tüfənginin qundağı və lüləsi kəsik formada olub. İçəriyə daxil olaraq, ilk öncə qızı, daha sonra isə anasını vurub: “Hadisədən sonra dərhal yardım üçün qonşunun evinə getdik. Açılan atəş qızın kürəyini parçalamışdı. Çox güman ki, atəş yaxın məsafədən və sinəsindən dəymişdi. Ov tüfənglərinin xüsusiyyəti belədir ki, öndən dəyib, arxa hissəni parçalayıb çıxır. Eşitdiyimizə görə, atəş zamanı tüfəngdən sıçrayan qəlpələr anasının üzünə dəyib. Onun da ciddi zədə aldığını dedilər. Mətbuatda hətta qadının çiynindən və ayağından vurulduğu yazılmışdı. Anası Esmira Cəfərova hələ xəstəxanadadır, vəziyyəti ağırdır və qızı Aytacın ölümündən xəbəri yoxdur. Çünki hadisə zamanı yaralı vəziyyətdə çölə çıxaraq, küçədə huşunu itirmişdi”.

Məlumata görə, hadisə vaxtı evdə A.Cəfərovanın bacısı da olub. O, dərhal bu barədə polisə məlumat verib. S.Qədimov hadisə yerindən qaçaraq gizlənib.

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, E.Cəfərova sağ yanağından, sağ çiynindən və sağ ayağından güllə yaraları alıb. Onun həyatını xilas etmək mümkün olub, lakin sağ əlinin üç barmağı travmatik amputasiya edilib. 

A.Cəfərova isə xəstəxanaya aqonal vəziyyətdə daxil olub. O, kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.

Bu gün isə qətl hadisəsi törədən Sabiq Qədimov saxlanılıb. Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29-cu, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat zamanı cinayətdə istifadə edilən qoşalüləli ov tüfəngi aşkar edilərək, götürülüb.

Musavat.com

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

Son vaxtlar ölkəmizdə dələduzluq faktları ilə bağlı şikayətlərin sayı kəskin artıb. Mediada, sosial şəbəkələrdə rast gəlinən şikayətlərdən məlum olur ki, dələduzlar müxtəlif adlar altında vətəndaşları aldadırlar. Problemin bu qədər genişlənməsinin bir səbəbi də odur ki, bəzən dələduzluq cinayətini törədənlərin aldatdıqları vətəndaşların pulunu geri qaytarması təmin edilmir. Bəzən isə cinayət törədən şəxs ağır həbs cəzasına məhkum olunmur, ya da az cəza verilir. Bu da dələduzların sayının artmasına, onların qurbanlarının çoxalmasına səbəb olur.

“Realmedia.az”ın baş redaktoru həbs edildi

“Realmedia.az" internet saytının baş redaktoru Ramin Qurbanov, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edən Xəyyam Qurbanlı Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında saxlanılıblar.

Rəşad Dağlı əfv olunur? – Hüquqşünas ŞƏRTİ AÇIQLADI

Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Dağlı) cinayət işi üzrə məhkəmə araşdırması ötən ilin iyul ayında başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Adəmin atasına 30 sutka həbs verildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.