banner
banner

Gündəm

Təbiət hadisəsini fəlakətə çevirən məmur-oliqarxlar

Təbiət hadisəsini fəlakətə çevirən məmur-oliqarxlar

Göyçayda sel sularının yuduğu körpü bəzi məmurların fəaliyyətinin xalqa və dövlətə, həmçinin də təbiətə vurduğu daha bir zərəri üzə çıxartdı. Məlum oldu ki, bir sıra məmurlar qazanc əldə etmək üçün yüz illərlə formalaşmış təbii məcraları dəyişdirməkdən çəkinmirlər.

Xatırladaq ki, son 10-12 il ərzində sabiq nəqliyyat naziri Ziya Məmmədovun 2 şirkəti, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun 1, sabiq icra başçısı Mübariz Ağayevin 1 və xüsusilə ATF adlı bir şirkət Göyçay çayının axarında çınqıl-beton zavodu tikiblər. Bu zavodların fəaliyyəti nəticəsində çayın məcrası 30 metrədək dərinləşdirilib. Halbuki Göyçay çayının məcrası 2000-ci illərin əvvəllərinədək 3-4 metr, bəzi yerlərdə 5-6 metr dərinliyində olub. 2005-2018-ci illər ərzində məcrasının talan edilməsi üzündən çayın dərinliyi körpü ətrafında 4-5 metrdən 20-22, bəzi yerlərdə 30 metrədək artıb.

Qeyd etmək yerinə düşər ki, yalnız Göyçayda deyil, digər regionlarda da çay yataqlarında qum-çınqıl istehsalı baş alıb gedir. Böyük əksəriyyəti məmurlara məxsus olan karxanalar çay yataqlarındakı möhkəm suxurları, daşı kütləvi şəkildə çıxardaraq milyonlarla manat qazanc əldə edirlər. Bir çox rayonlarda çay yatağının dərinləşdirilməsi kənarlarda yaşayan əhalini su problemi ilə üz-üzə qoyub. Camaatın belə problemlərlə bağlı müraciətləri isə bir qayda olaraq nəticəsiz qalır.

Ä°lgili resim

Onu da qeyd edək ki, məmurların qanunsuz biznes fəaliyyəti, yaxud elə öz postlarındakı fəaliyyətsizliyi ilk dəfə deyil ki, fəlakətlərə zəbəb olur, əhaliyə, dövlətə zərər vurur. 2010-cu ildə Kür və Araz çaylarında suyun artması nəticəsində baş verən böyük daşqın fəlakətində də məmur biznesinin ciddi təsirləri vardı. Kürqırağı ərazilərdə yaradılan balıq vətəgələrinə görə çayın kənarlarında yetərincə sahil bərkitmə işləri aparılmamışdı. Eyni zamanda Kürün Xəzərə töküldüyü ərazidə - deltada dibtəmizləmə işləri də vaxtında həyata keçirilməmişdi. Bütün  bunların nəticəsində Kür məcrasından çıxdı, 20 mindən çox ev su altında qaldı, 300-dən çox ev dağıldı, 50 min hektara yaxın ərazini su basdı. Bu zərərin aradan qaldırılması üçün dövlət büdcəsindən 100 milyonlarla manat vəsait sərf olundu.

Göyçay çayında ile ilgili görsel sonucu

Fəaliyyətləri ilə xalqa fəlakət, dövlətə zərər gətirən məmurların vəzifədən alınması həmişə təqdir olunur. Gözləntilər yaranır ki, onların biznesinin zərərli nəticələrinin də qarşısı alınacaq. Bir çox hallarda bu gözləntilər özünü doğruldur, qanunsuz biznesin qarşısı alınır. Lakin bəzi hallarda biznes, sadəcə, əl dəyişir, yenə öz fəaliyyətini davam etdirir. Bu isə Göyçayda olduğu kimi, təbiət hadisələrinin fəlakətə çevrilməsinə gətirib çıxarır...

YM



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İran xarici hərbi qüvvələrin Xəzər ətrafına gəlməsinə qarşıdır

Cia.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Xəzər ətrafında üçüncü ölkələrin öz hərbi təsirini gücləndirməli olmamalarını bəyan edib. Onun sözlərinə görə, bu region ölkələrinin maraqlarına uyğun deyil. İran XİN-in verdiyi məlummata görə,

Talıbovlar yenidən meydan oxuyur: Naxçıvanda nə baş verir?

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya daxil olan məlumata görə, Ali Məclisin sabiq rəhbəri Vasif Talıbovun böyük oğlu Rza Talıbov əvvəlcədən razılaşdırmadan Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək istəyib. Rza Talıbovun avtomobilinin Ali Məclisin həyətinə, özünün isə binaya buraxılması çaşqınlıq yaradıb. Buna görə hətta mühafizə polisinin əməkdaşlarına töhmət verildiyi deyilir.

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.