banner
banner

Dünya

Trampı alüminium və polad rüsumundan Kanadanı azad etməyə çağırıblar

Trampı alüminium və polad rüsumundan Kanadanı azad etməyə çağırıblar

Amerika maliyyə naziri Stiven Mnuçin ABŞ prezidenti Donald Trampı Kanadanı polad və alüminium üçün tətbiq olunan rüsumdan azad etməyə çağırdı, ABC telekanalıxəbər verir.

Telekanalın məlumatına görə, belə bir təkliflə Mnuçin Ağ evdə keçirilən görüş zamanı çıxış etdi. Xatırladaq ki, həmin görüş iqtisadi səhənin aparıcı siyasət nümayəndələri arasında keçirilirdi və iştirakçılar arasında Milli iqtisadi şuranın direktoru Lari Kudlou, ticarət naziri Ulbur Ross, ticarət məsələləri üzrə məsləhətçi Piter Navarro, ABŞ-ın ticari anlaşmalar üzrə rəsmi nümayəndəsi Robert Laytxayzer və Trampın aparat rəhbəri Con Kelli kimi dövlət nümayəndələri iştirak edirdilər.

Mnuçin, ABŞ və Kanadanın polad ticarətində müsbət balansının 2 milyard dollara çatdığını, xidmət sektorunda isə bu rəqəmin təxminən 26 milyard dollar olduğunu xüsusi vurğuladı. Buna görə ABŞ maliyyə nazirinin fikrincə, ABŞ Kanada üçün istisna etməlidir və rüsumun tətbiq edildiyi ölkələr siyahısından onun adını çıxarmalıdır.

May ayının sonunda Vaşinqton, ABŞ-a idxal edilmiş polad və alüminium üçün əlavə rüsum tətbiq etməyə başladı və Avropa, Kanada, Meksika və digər ölkələr üçün bu rəqəm müvafiq olaraq 25% və 10% təşkil etdi. Bir sıra ölkələr artıq ABŞ qərarına qarşı öz fikirlərini bildiriblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Hücumun arxasında hansı ölkə dayanır? - Əsas versiya

Hələlik əsas versiyalardan biri kimi “Krokus Siti Holl”da baş verən terror aktının saxta bayraq altında həyata keçirildiyi hesab edilir. Özlərini İŞİD təşkilatı ilə əlaqəli kimi təqdim edən terror aktının icraçıları əslində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini təmsil edə bilərdilər. Bir sıra hallar bunun yalançı bayraq altında terror hücumu olduğunu göstərir.

Saakaşvilinin azadlığa buraxılması üçün 150 min imza toplanıb

Cia.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın ən böyük müxalifət partiyası olan "Vahid milli hərəkat" partiyası ölkənin eks-prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılması üçün 150 min vətəndaşın imzasını toplayıb.

Türkiyə 34 ölkəyə "Bayraktar" göndərir

Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə Maldiv adalarına 6 ədəd "Bayraktar TB2" hərbi dronu tədarük edəcək. Bununla da "Bayraktar" sayca 34-cü ölkəyə ixrac ediləcək.

Gürcüstan müxalifətinin iki əsas lideri birləşir

Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın (VMH) sabiq sədri Nika Melia ilə müxalifyönümlü “Mtavari Arxi” telekanalının təsisçisi Nika Qvaramia siyasi ittifaq yaradırlar.