banner
banner

Maraqlı

Tısbağa maşının şüşələrini sındırdı

| Xəbər 3514 dəfə oxunub
Tısbağa maşının şüşələrini sındırdı

Çinin Qançjou şəhərində 26-cı mərtəbədən maşının üstünə düşən tısbağa maşının şüşələrinin sınmasına səbəb olub.

Bu barədə lenta.ru saytı “Daily Mail” qəzetinə istinadən xəbər verir. Maşının sahibi isə polisə şikayət edərək bildirib ki, naməlum bir insan onun Toyota Camry maşınının arxa şüşələrini sındırıb. Hadisə yerinə gələn polislər maşının arxa oturacağında ölü tısbağa tapıblar. Onlar təxmin ediblər ki, heyvan maşının park edildiyi binanın yuxarı mərtəbələrindən yerə düşüb və nəticədə maşını zədələyib. Polislər yuxarı mərtəbənin sakinlərini yoxlamağa başlayıblar və məlum olub ki, qonşulardan birinin tısbağası yoxa çıxıb. Qadın danışıb ki, onu yenicə alıb və mətbəxdə saxlayırmış. 

Maşının sahibi tısbağanın sahibindən maşınına dəymiş maddi ziyanı ödəməsini istəyib. Amma qadın buna razılaşmayıb: “Mənim burada heç bir günahım yoxdur. Axı mən onu pəncərədən yerə atmağı düşünmürdüm. O, özü yerə düşüb”. 
Polis isə onlara bu mübahisəni məhkəmə yolu ilə həll etməyi məsləhət görüb. Adətən bu cinsdən olan tısbağaların uzunluğu 20-25 santimetr, çəkisi isə 4.5 kiloqramdır. Çində bu heyvandan hazırlanan yeməklər delikates sayılır. 
Yanvar ayında məlum olmuşdu ki, Amerikanın Teksas ştatında böyük bir tısbağa öz sahibinin qonşusunun evində yanğın çıxarmağa nail olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi