banner
banner

Sosİal

ETSN: Kəsilən ağacların yerində yeni ağaclar əkiləcək

ETSN: Kəsilən ağacların yerində yeni ağaclar əkiləcək

Meşə sahələrində ağacların qanunsuz kəsilməsi və meşə materiallarından kömür hazırlanması hallarının qarşısının alınması, meşələrdə və ona yaxın ərazilərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən növbəti görüş İsmayıllı rayon İcra Hakimiyyətində təşkil edilib.

ETSN-dən Trend-ə verilən məlumata görə, görüşdə nazirliyin səlahiyyətli şəxsləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət və bələdiyyə nümayəndələri iştirak edib.

Görüşdə meşələrdə qanunsuz qırıntı hallarının qarşısının alınması, meşə massivlərində yanğın təhlükəsizliyi qaydalarına riayət olunması, cavabdeh şəxslərin məsuliyyətinin daha da artırılması məsələsi müzakirə olunub.

 

Qeyd edək ki, ətraf mühitin qorunmasında, o cümlədən meşələrin mühafizəsində ETSN-nin birmənalı mövqeyi bütün qanun pozuntularının qarşısının alınmasından ibarətdir. Nazirliyin hədəfi ekologiyaya aid bütün sahələrdə qanunvericiliyin tələblərinə riayət olunmasına, xüsusilə meşələrin qeyri-qanuni yollarla kəsilməsinin birdəfəlik aradan qaldırılmasına nail olmaq, bu işdə ictimaiyyətin bütün təbəqələrinin yaxından iştirakını və güclü nəzarətini təmin etməkdir.

Görüşün nəticəsi olaraq rayon ictimaiyyətinin təşəbbüsü ilə meşə ətrafı kəndlərin sakinləri tərəfindən vaxtilə kəsilmiş ağacların bərpası üçün meşələrdə ağacəkmə kampaniyasına başlanılacağına, hər kənd tərəfindən isə yaxınlıqda olan meşə sahəsinin birmənalı olaraq ictimai mühafizəsinin təşkilinə dair qərar verilib.

Meşələrin mühafizəsi, qanunsuz qırıntıların qarşısının alınması və bu istiqamətdə qəti tədbirlərin görülməsi məqsədilə nazirlik tərəfindən digər rayonlarda da belə görüşlərin təşkili davam etdiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq.

Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək - DETALLAR

Azərbaycanda yaxın vaxtlarda Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək.

Bakıda liftdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.