banner
banner

Sosİal

Bütün lisey və gimnaziyalara şagird qəbulu vahid meyarlar əsasında olacaq

Bütün lisey və gimnaziyalara şagird qəbulu vahid meyarlar əsasında olacaq

Təhsil Nazirliyinin sistemindəki liseylər və gimnaziyaların 1-ci sinfinə şagird qəbulu vahid meyarlar əsasında həyata keçiriləcək.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib ki, bu məqsədlə bütün lisey və gimnaziyaların 1-ci sinfinə şagird qəbulunun vahid metodologiyası hazırlanır: "Təhsil Nazirliyinin sistemindəki liseylərin 1-ci sinfinə şagird qəbulu üçün hələ 2 il əvvəldən mərkəzləşdirilmiş qaydada qəbulun aparılmasına başlanılıb. Ötən ildən başlayaraq, liseyin yerləşdiyi ərazidə yaşayan uşaqlar liseylərə müsabiqəsiz qəbul olunurlar. Bu sistem bu il də tətbiq olunur".

 

E.Əmrullayev bildirib ki, hazırda lisey və gimnaziyalara seçim meyarları fərqlidir: "Hazırda liseylər üçün müxtəlif seçim meyarları var. Biz onları bir-birlərinə uyğunlaşdıraraq vahid meyarlar tətbiq etmək istəyirik. Liseylərin bəzilərinə qəbul üçün 30, bəzilərinə 50 və s. qədər balın toplanılması lazım olur. Bundan başqa, bəzi liseylər müsabiqəni 2 və ya 3 mərhələli təşkil edirlər. Lakin biz çalışırıq ki, seçim meyarları vahid formada olsun. Məqsədimiz odur ki, bütün liseylərə şagirdlərin qəbulu eyni meyarlarla olsun".

Şöbə müdirinin sözlərinə görə, hazırda bu istiqamətdə işlər görülür: "Yəqin ki, bu ildən həmin meyarları pilot kimi icra edəcəyik. Gələn ildən isə onlar birmənalı olaraq tətbiq ediləcək. İyunun 20-ə qədər bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək - DETALLAR

Azərbaycanda yaxın vaxtlarda Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək.

Bakıda liftdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu tarixədək...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bakıda hotel YANDI

Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.