banner
banner

İqtİsadİyyat

Xəzər Dəniz Gəmiçiliyinin Yunanıstanda nümayəndəliyi fəaliyyətə başlayıb

Xəzər Dəniz Gəmiçiliyinin Yunanıstanda nümayəndəliyi fəaliyyətə başlayıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin vacib dəniz nəqliyyatı arteriyaları üzərində yerləşən Yunanıstanın paytaxtı Afinada nümayəndəliyi fəaliyyət göstərəcək.

Qurumdan Trend-ə verilən məlumata görə, yeni təsis olunan nümayəndəliyin açılış mərasimində Azərbaycanın Yunanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev, nüfuzlu beynəlxalq təsnifat cəmiyyətləri və gəmiçilik şirkətlərinin əməkdaşları, o cümlədən iş adamları iştirak ediblər.

Mərasimdə çıxış edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev qonaqlara son zamanlar ölkəmizdə həyata keçirilən irimiqyaslı nəqliyyat-infrastruktur layihələri haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan artıq Asiya və Avropa qitələrini birləşdirən hab rolunu oynayır. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verən R.Vəliyev Çin və Avropa bazarlarını birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan və onun əsas iştirakçılarından biri olan və 160 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi haqqında söz açıb. Qeyd olunub ki, gündən-günə inkişaf edən bu marşrut üzərində yeni çağırışlara cavab vermək üçün Gəmiçilik öz donanmalarını müasir gəmilərlə yeniləyir, kadr bazasını möhkəmləndirir. Vurğulanıb ki, 9 mindən artıq əməkdaşı olan Gəmiçiliyin iki böyük donanması mövcuddur. Dəniz Nəqliyyat Donanmasının tərkibində 52, Xəzər Dəniz Neft Donanmasının tərkibində isə 212 müxtəlif təyinatlı gəmi istismar edilir. Həmçinin “AXDG” QSC-nin nəzdində Gəmi Təmiri və Tikintisi zavodları, Azərbaycan Dövlət Dəniz Akademiyası və Təlim Tədris Məkəzi fəaliyyət göstərir. Bu da Gəmiçiliyin beynəlxalq bazarlarda rəqabət qabiliyyətliliyini daha da artırır.

Tədbirdə həmçinin “B2B” formatında işgüzar görüşlər də baş tutub. Azərbaycan Xəzər Dəniz Gəmiçliyi ilə bir sıra beynəlxalq şirkətlərin əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Mərasimdə Azərbaycanın əlverişli coğrafi məkanını, təbiət, mədəniyyət və tarixini, iqtisadi inkişafını, aparılan irimiqyaslı nəqliyyat-infrastruktur layihələrini, o cümlədən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafını əks etdirən videoçarx da nümayiş etdirilib.

Qeyd edək ki, 2014-cü ildə uzun fasilədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən xarici sulardakı fəaliyyətini bərpa edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti bu istiqamətdə ardıcıl və effektiv addımlar atır. Belə ki, son dörd ildə Xəzərdənkənar hövzələrdə – Azov, Qara, Aralıq dənizlərində üzən gəmilərimizin sayı 13-ə çatdırılıb. Onların 11-i quru yük gəmisi, 2-si tankerdir. Üçrəngli bayrağımız altında xarici sularda üzən həmin gəmilərin daha səmərəli istismarını isə Gəmiçilik tərəfindən Türkiyədə təsis edilən “Caspdry” və “Casptankers” şirkətləri həyata keçirir.

Bütün bunlar onu deməyə imkan verir ki, artıq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi xarici bazarlarda öz mövqeyini xeyli möhkəmləndirib. İndi “AXDG” QSC beynəlxalq sularda quru və maye yük daşımalarında lider şirkətlərdən birinə çevrilməyi qarşısına məqsəd qoyub.

Şübhəsiz ki, AXDG-nin bu istiqamətdə aktiv fəaliyyəti və durmadan inkişafı azərbaycanlı dənizçilərin beynəlxalq sularda üzmə imkanlarını da artırır. Bu, Gəmiçiliyin kadr potensialının möhkəmləndirilməsi, yüksək ixtisaslı dənizçilərin yetişdirilməsinə birbaşa təsir göstərir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mərkəzi Bankın faiz qərarı - Manatın taleyi...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.