banner
banner

Gündəm

Kadr dəyişikliyinin əsas səbəbi: Dövlət aparatının sağlamlaşdırılması prosesi başlayıb

Kadr dəyişikliyinin əsas səbəbi:

Prezident İlham Əliyev  son 10 gündə artıq 4 icra başçısını vəzifəsindən azad edib. Belə ki, ötən həftə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tutduğu vəzifədən çıxarılıb. Sabiq vergilər naziri Fazil Məmmədovun kadrlarından olan R.Yediyarov bu vəzifəyə 2012-ci ilin aprelində təyin olunmuşdu. R.Yediyarov icra başçısı olduğu müddətdə sahibkarları incitməklə, onların mal-mülkünü yağmalamaqla məşhurlaşmışdı.

Əməllərinə görə R.Yediyarovdan heç də geri qalmayan Ağdam rayonun icra başçısı Raqub Məmmədov da vəzifəsindən kənarlaşdırıldı.

Prezident həmçinin Bakının Binəqədi rayonunda da icra başçısını dəyişdi. Binəqədinin sabiq icra başçısı Xaləddin İsgəndərovun da məmura yaraşmayan hərəkətləri, addımları barəsində mətbuatda çoxsaylı yazılar dərc olunub.

Sonuncu isə iyunun 7-də Tovuzun icra başçısı vəzifədən azad edilib.

“Yeni Müsavat”a danışan Milli Məclisin deputatları bütün bu dəyişiklikləri dövlət aparatının sağlamlaşdırılması prosesinin başlaması kimi xarakterizə etdilər.

Deputat Bəxtiyar Sadıqov ile ilgili görsel sonucu

Deputat Bəxtiyar Sadıqov bildirdi ki, islahatların məqsədi xalqın rifahını yüksəltməkdir: “Bütün bunlar təbii ki, cənab prezident İlham Əliyevin səlahiyyətində olan məsələlərdir. Cənab prezident köklü islahatlara uyğun olaraq müəyyən kadr islahatları da həyata keçirir. Bu islahatların məqsədi Azərbaycan xalqının rifahını daha da yüksəltmək, qarşıya qoyulan vəzifələrin uğurlu həllinə nail olmaqdır. Eyni zamanda bütün bunlar cəbhə bölgəsində olan prosesləri daim nəzarət altında saxlamaq, orada insanların həyat şəraitinin yaxşılaşdırılmasına, təhlükəsizliyinin möhkəmləndirilməsinə, sağlam ab-hava yaradılmasına diqqət ayrılmasının nəticəsidir. Aprel hadisələrindən sonra da biz gördük ki, insanlar dövlətlərinə inandığı üçün hərbi-əməliyyatlar dövründə ev-eşiyini tərk etmədi. Zərurət olan yerdə insanlar mütəşəkkil, şüurlu şəkildə təhlükəsiz bölgəyə çəkildilər, əməliyyatlar səngiyən kimi geri qayıtdılar. Yaxud da evləri dağılmış insanlara cənab prezidentin dəstəyi sayəsində yardım edildi və onların mənzilləri bərpa olundu. Yəni bütün bunlar elə bir mexanizm yaradır ki,  həm dövlətimizin təhlükəsizliyi, həm də vətəndaşlarımızın rahatlığı təmin edilsin. Bu mənada sərhəd bölgəsinə daim prezidentimizin diqqət ayırması təqdirəlayiq haldır. Yəqin ki, dəyişikliklərin səbəblərindən biri də budur ki, təmas xəttində yaşayan insanların problemləri daha operativ qaydada öz həllini tapsın. Bütün bunlar həm də dövlət aparatının sağlamlaşdırılması prosesinin başlamasıdır. Dövlət aparatının təkmilləşdirilməsi, orada müəyyən islahatların keçirilməsini müşahidə edirik. Cənab prezident hamımızdan yaxşı bilir ki, hansı kadrı harada yerləşdirsə daha uğurlu nəticəyə nail olunar. Buna görə də o, zəruri addımları vaxtında atır”.

Deputat Zahid Oruc ile ilgili görsel sonucu

Deputat Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, prezident 7 illik dönəmin başlanğıcında hökumət sistemində köklü dəyişikliklərə getdi:

“Əslində bu, 2015-ci ildən başlayan dalğanın daha da böyük bir miqyas alması mənasına gəlir. Əgər biz məsələyə ayrı-ayrılıqda qiymət versək görərik ki, hökumət cinahında məmurların az qala 70 faizə qədəri dəyişdirilib. Bu, cəmiyyətdən gələn dalğaya və siqnallara da adekvat qərar sayıla bilərdi.  Hətta bir çoxlarının gözləmədiyi adamlar da əvəz edildi. Buna bir qədər də təbii proses kimi yanaşmaq lazımdır. Çünki komandada yeniləşmə hər zaman zəruri olur. İkinci tərəfdən, dövrün də özünün fərqli çağırışları var. Bir məqamda, ictimai-siyasi münasibətlər reallığında çox aktiv olan, fayda verən, peşəkarlığı, komanda quruculuğu qabiliyyəti ilə çıxış edənlər gərəkli olur. Ancaq sonrakı dövrdə görürsən ki, fərqli bir şəraitdə üzərlərinə qoyulan vəzifələri yerinə yetirə bilmirlər. Buna görə də düşünürəm ki, qeyd etdiyimiz dəyişikliklərin icra başçılarına da keçməsi çox təbii qarşılanmalıdır. Bu məsələni vəzifədən gedən şəxslərin təftişi üzərində qurmaq fikrində deyiləm. Ancaq biz daha çox bu məsələ üzərində qərarlaşmalıyıq ki, dövlət başçısının hədəfləri, qarşıya qoyduğu çox mühüm məsələlər nədən ibarətdir. İlk növbədə Azərbaycanın  bölgələrində vətəndaşların məskunluğu, firavanlığı təmin olunmalıdır. Çünki hər birimiz görürük ki, Bakı yüklənməkdə davam edir. Ev-eşiyini atıb, paytaxtda kirayə ömür keçirənlərin böyük bir hissəsi həm əmək, həm mənzil bazarında, həm də ümumi-ictimai atmosferə yetərində böyük gərginliklər vəd edirlər. Biz burada nə qədər körpülər və tunellər tiksək də bütün bu ağır yükü tam daşıyıb, çəkə bilməyəcəyik. Deməli, biz vətəndaşın qarşısını yaxşı mənada, cazibədar iqtisadi şərtlərlə bölgələrdə almalıyıq”.

Deputat yada salıb ki, prezidentin icra başçılarına çox əhəmiyyətli tapşırıqları olub:

“Yuxarıda qeyd etdiyimiz məsələlərlə bağlı prezidentin icra başçılarından çox mühüm istəkləri olub. Bu isə müşavirələrdə dilə gətirilib. Deyilib ki, sizin fəaliyyətinizə cəlb etdiyiniz investisiyaya görə qiymət veriləcək. Açılan iş yerləri əsasında bu, baş tutacaq. Çox arzu edirəm ki, qarşıdakı dövrlərdə ”kəndə dönüş" layihələri həyata keçirilsin. Nə fərqi var ki, ya erməni gülləsindən, ya da başqa amil səbəbindən vətəndaş öz evini qoyub, başqa yerə gəlsin. Bu, sərhəd bölgələrində daha ağır təhlükəsizlik problemi yaradır. Öz sərhədinin  arxasında real mülki insanları görməyən əsgər heç şübhəsiz ki, silaha arzuladığımız ən yüksək səviyyədə sarıla bilməyəcək. Bu, həqiqətən də çox ciddi milli təhlükəsizlik problemidir. Ona görə də iş yerlərinin açılması, istehsalat müəssisələri yaradılan zaman onlara xüsusi vergi güzəştlərinin tətbiqi və sairə olacağı təqdirdə icra başçıslarının da obrazı cəmiyyətdə dəyişəcək".

Deputat bildirib ki, bütün bu dəyişikliklər ümumən dövlət üçün faydalıdır: “Bir qədər də 1990-cı illərdən keçən dövrün xarakterinə baxaq. Bir zamanlar ölkədə silahlı dəstələr tüğyan edirdi və Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev komanda üzvlərini təyin edərkən, onların bölgələrdə baş qaldıran silahlı çevrilişlərə dirəniş göstərmək qabiliyyətinə üstünlük verirdi. O adlar, şəxslər hər kəsə bəllidir. Ola bilər ki, bu günün zirvəsindən baxan zaman onlara fərqli qiymət verilsin və intellektual səriştələrindən daha çox qorxmazlıqları qabarsın. Məsələ də budur. Lakin 2000-ci illərdən sonra bölgələrin quruculuğu ilə bağlı texnokratiyanın təmsilçilərinə üstünlük verilməsi əsasında seçim edilirdi. Onlar da bir dövrdə səmərəli oldular. Ancaq indi hesab edirəm ki, meyarlar və tələblər dəyişib. Həqiqətən də bölgələrin iqtisadi müstəqilliyini təmin edə bilən insanlar önə çəkilməkdədir. Elə hesab edirəm ki, bu baxımdan yanaşanda sırf ideoloji, siyasi peşəkarlıqdan daha çox investisiyalarla işləyən, kapital qoyuluşu, vətəndaşları bu sahəyə cəlb edən, bürokratizmdən uzaq, gerçəkdən də qapısı açıq və daha artıq dərəcədə iqtisadi təsisat modelində çalışan qüvvə dövlətin də yükünü azaldardı. Düşünürəm ki, əslində prezident İlham Əliyevin daşıdığı missiya kifayət qədər böyükdür. Siz Amerika prezidentinin ekranlarda hansısa böyük bir sənədə imza qoyduğunu görməkdəsiniz. Onun gedib, regionlarda müşavirə keçirib, hər bir problemə ayrıca diqqət göstərdiyini görmürük. Belə olan təqdirdə Amerikanın birinci şəxsi olmaq insanlara asan gəlir. Həqiqətən də bu, belədir. Çünki qurulmuş bir sistemin üzərində qərar verir. Ancaq bizim reallıqda ölkənin bütün məsələlərinin hamısı birinci şəxsin üzərində daşınmaqdadır. Bu baxımdan bölgələrdəki icra başçıları bu işdə dəyişikliklər, yeniliklər edə bilərlər. Bütün bu addımlar isə ümumən dövlətimizin inkişafına, sağlamlaşdırılmasına xidmət etmiş olar”.

“Yeni Müsavat”

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İran xarici hərbi qüvvələrin Xəzər ətrafına gəlməsinə qarşıdır

Cia.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Xəzər ətrafında üçüncü ölkələrin öz hərbi təsirini gücləndirməli olmamalarını bəyan edib. Onun sözlərinə görə, bu region ölkələrinin maraqlarına uyğun deyil. İran XİN-in verdiyi məlummata görə,

Talıbovlar yenidən meydan oxuyur: Naxçıvanda nə baş verir?

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya daxil olan məlumata görə, Ali Məclisin sabiq rəhbəri Vasif Talıbovun böyük oğlu Rza Talıbov əvvəlcədən razılaşdırmadan Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək istəyib. Rza Talıbovun avtomobilinin Ali Məclisin həyətinə, özünün isə binaya buraxılması çaşqınlıq yaradıb. Buna görə hətta mühafizə polisinin əməkdaşlarına töhmət verildiyi deyilir.

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.