banner
banner

Gündəm

Gələn il Azərbaycanda Ümumdünya Gömrük Təşkilatının beynəlxalq sərgisi keçiriləcək

Gələn il Azərbaycanda Ümumdünya Gömrük Təşkilatının beynəlxalq sərgisi keçiriləcək

İyun ayının 6-da Perunun Lima şəhərində 75 ölkəni təmsil edən 500-dən artıq nümayəndənin iştirakı ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) növbəti 2018-ci il İnformasiya Texnologiyaları Konfransı və Sərgisi öz işinə başlayıb.

DGK-dan Trend-ə verilən məlumata görə, Peru Gömrük və Vergilər Administrasiyasının ev sahibliyi etdiyi sayca 17-ci olan bu tədbir Koreya Gömrük Xidmətinin dəstəyi ilə təşkil edilib.

Tədbirdə Azərbaycanı Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general mayoru İqbal Babayev və Xarici Əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Dilavər Fərzəliyev təmsil edirlər.

Konfrans-sərginin birinci günündə Peru Gömrük və Vergilər Administrasiyasının milli katibi Victor Shiguiyama Kobashigava, Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya və Koreya Gömrük Xidmətinin İnformasiya və Beynəlxalq Əlaqələr Bürosunun direktoru Taeii Kanq açılış nitqi söyləyiblər.

 

ÜGT-nin İKT Konfrans və Sərgisi bu il "Transsərhəd ticarətin inkişafı üçün etibarlı rəqəmsal mühitin yaradılması" mövzusuna həsr olunub. Tədbir çərçivəsində ÜGT-yə üzv dövlətlərin nümayəndələri informasiya texnologiyalarını tətbiq etməklə biznes mühitin təhlükəsizliyini təmin etmək yolu ilə dayanıqlı iqtisadi artımın təmin edilməsi yolları barədə fikir mübadiləsi aparacaqlar. Eyni zamanda tədbir çərçivəsində qanuni ticarətin asanlaşdırılması və yüksək riskli malların müəyyən edilməsi sahəsində qabaqcıl texnologiyaların yaratdığı imkanlar və yeni yanaşmalar təqdim ediləcək. Bununla bağlı Süni İntellekt, Blokçeyn Texnologiyası və Əşyaların İnterneti kimi praktiki həllərin gömrük sistemində tətbiqi məsələləri öyrəniləcək.

Eyni zamanda iştirakçılar gömrük sistemində İKT sahəsində qadınların rolu, kiber təhlükəsizlik, Səlahiyyətli İqtisadi Operator institutu sahəsində İKT həllər kimi fərqli mövzular üzrə də fikir və təcrübə mübadiləsi aparacaqlar.

Ümumdünya Gömrük Təşkilatının İKT sahəsində ən böyük tədbiri olan İnformasiya Texnologiyaları Konfransı və Sərgisi 2019-cu ildə Azərbaycanda keçiriləcək. Bununla bağlı tədbir zamanı iyun ayının 7-də Azərbaycan nümayəndə heyəti tərəfindən ÜGT üzvlərinə müvafiq dəvət ünvanlanacaq və Azərbaycan barədə qısa film nümayiş etdiriləcək.

Konfrans öz işini iyun ayının 8-nə qədər davam etdirəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.

Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur – Vergi Xidməti bu müəmmanı açacaqmı?

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.