banner
banner

Qadın

Sağlam saçlar üçün bunları edin

| Xəbər 1799 dəfə oxunub
Sağlam saçlar üçün bunları edin

Sağlam və baxımlı saçlara sahib olmaq hər qadının istəyidir.  

Axşam.az baxımlı saçlar üçün bir neçə üsulu təqdim edir:
Saçlarınızı hər gün bir neçə dəfə fırça ilə darayın.
Mükəmməl saçların bir sirri də saçları ilıq su ilə yumaqdır. Bu zaman daha canlı saçlara sahib olacaqsınız.
Saç uclarınızı tez-tez kəsdirin. Ölü tellərdən qurtulmaq lazımdır.
Sağlam qidalanın. Qidalarda olan vitaminlər saçlarınıza da təsir edir.
Yumurta və avakado maskasından istifadə edin. Bunun üçün bir avakado, yumurtanın sarısı və bir yemək qaşığı zeytun yağı lazımdır. Bu üç qidanı qarışdırıb saçlarınıza vurduqdan sonra 20-30 dəqiqə gözləyin. Ayda iki dəfə istifadə edə bilərsiniz.

Kök suyu ilə kakos südünü qarışdırın və saçlarınıza çəkin. Saçlarınız həm sağlam, həm də güclü olacaq.

Suyu sıxılmış soğan, yaxud sarımsağı saç dibinə çəkin. 10 dəqiqə sonra iy gəlməsin deyə limon suyu ilə yaxalayın.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi