banner
banner

Maraqlı

Qarın və beldə yığılan piylərdən xilas edən vitamin. Mənbələr

| Xəbər 1506 dəfə oxunub
Qarın və beldə yığılan piylərdən xilas edən vitamin. Mənbələr

Hollandiya alimləri qarın və bel nahiyəsində piylərin yığılmasının səbəbini araşdırıb.

Arıqlamağa cəhd göstərən insanlar bilir ki, qarın və bel nahiyəsində yığılan piy ən gec "əriyən" piydir. Buna abdominal piylənmə deyilir. Abdominal piylənmə kosmetik qüsur yaratmaqdan əlavə bir çox ağır xəstəliklərin, o cümlədən, şəkərli diabet, xərçəng və s., riskini artırır.

Alimlər araşdırma zamanı aşkar ediblər ki, abdominal piylənmənin səbəbi orqanizmdə D vitamininin çatışmazlığıdır.

Saglamolun.az Medical News Today istinadla xəbər verir ki, alimlər abdominal piylənmədən əziyyət çəkənlərə orqanizmdə D vitamininin səviyyəsinə nəzarət etməyi və D vitamini ilə zəngin olan qidaları pəhrizə daxil etməyi tövsiyə edirlər.

Belə qidalar arasında:

- balıq yağı

- balıq

- yumurta sarısı

- kərə yağı

- holland pendiri

Vitamin D həmçinin gün şüaları təsirindən insan orqanizmində sintez olunur.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi