banner
banner

İqtİsadİyyat

Ekspert: “Neftin bahalaşması benzinin qiymətinə təsir etməyəcək”

Ekspert: “Neftin bahalaşması benzinin qiymətinə təsir etməyəcək”

2015-ci ildən sonra dünya bazarında neftin qiyməti ucuzlaşdığı ərəfədə Azərbaycanda ekspertlər bildirirdilər ki, benzinin qiyməti 70 qəpikdən 50 qəpiyə endirilmədir.  Onlar bunu benzinin satışına tətbiq olunan verginin azaldılması yolu ilə reallaşdırmağın mümkün olduğunu düşünürdülər.

Qeyd olunurdu ki, manatın dollar qarşısında dəyər itirməsi ölkədə ərzaq məhsullarının bahalaşmasına səbəb olub. Onların fikrincə, benzinin ucuzlaşması, bu prosesə müsbət mənada təsir edə bilərdi. Lakin bunun əksi baş verdi  və Tarif Şurasının qərarı ilə ölkədə ən çox istifadə edilən “Aİ -92" markalı benzinin qiyməti 70 qəpikdən 90 qəpiyə qaldırıldı.

Hazırda dünya bazarında Azərbaycan neftinin 1 bareli 77 dollardan baha satılır. Bəs bu hal ölkədə benzinin qiymətinə necə təsir göstərməlidir?

Fikrət Yusifov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan iqtisadi elmlər doktoru Fikrət Yusifov bildirdi ki, əslində hazırda benzinin qiymətinə baxılması üçün uyğun şərait mövcud deyil: “Neftin qiymətləri artıq bir neçə vaxtdır ki, qalxmaqda davam edir. Ancaq müəyyən enmələr onu deməyə əsas vermir ki, bundan sonrakı proseslərdə neft dünya bazarında ucuzlaşmaqda davam edəcək. Hələ ki, qiymətlərin sabit nöqtəyə qədər gəlib çatacağını heç kim konkret söyləyə bilmir. Bu baxımdan da neftin qiymətində baş verən hər hansı bir dəyişikliklər fonunda benzinin də qiymətinə yenidən baxmaq və buna uyğun hər hansı qərar qəbul etmək, hesab edirəm ki, tələskənlik olardı. Sadəcə olaraq, sabitləşmə məqamına qədər gözləmək lazımdır. Çünki indiki dönəmdə neftin qiymətinin qalxmasına daha çox siyasi amillərin təsiri var. Proseslərin nə vaxta qədər davam edəcəyinə rəy vermək çox çətindir. Ona görə də məsələdə qərar qəbul etmək, daxili bazar üçün benzinin qiymətinə baxmaq uyğun deyil. Bunun üçün zəmin yoxdur. Ümumilikdə isə qonşu dövlətlərlə mövcud qiymətlər kontekstində bizdəki qiymətləri normal saymaq olar. Söhbət Rusiya və digər dövlətlərlə müqayisədən gedir”.

Onu da qeyd edək ki, ötən ilin noyabr ayında Azərbaycanda “Aİ-95" premium və ”Ai-98" super markalı benzinin qiymətində də artım baş verdi. Hazırda xaricdən idxal edilən “Aİ-95" premium markalı benzinin yeni qiyməti 1,25 AZN, ”Ai-98" super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir. Bildirilirdi ki, qiymət artımının “Aİ-92" markalı benzinə aidiyyəti olmayacaq. Lakin  çox keçmədi ki, Tarif Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında ”Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiymətini 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq etdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.

Dollarla bağlı mühüm qərar - Manatı nə gözləyir?

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel bildirib ki, Amerika iqtisadiyyatı ilə bağlı proqnozlar özünü doğrultduğu təqdirdə, 2024-cü ildən baza faiz dərəcəsini "ehtiyatla” azaltmaq niyyətindədir.