banner
banner

Sİyasət

İlham Əliyevdən Paşinyana “raket mesajı” - Qarabağda qüvvələr nisbəti dəyişir

İlham Əliyevdən Paşinyana “raket mesajı” - Qarabağda qüvvələr nisbəti dəyişir

Dünyanın bütün orduları öz silah arsenalının qapılarını adətən bağlı saxlamağı xoşlayır. Ancaq hərdən olur ki, silahlanmaya daxil olan bəzi yeni silah növlərini tamamilə şüurlu şəkildə “işığa çıxarırlar” ki, cəbhənin o biri tərəfində qüvvələr nisbəti barədə yaxşı düşünsünlər və nəticə çıxarsınlar. Azərbaycan da indi məhz qonşu Ermənistana birmənalı “raket mesajı” göndərməkdədir.

Belə ki, bu arada yayılan rəsmi informasiyaya görə, Azərbaycan prezidenti İlham Əliyev Müdafiə Nazirliyi Raket Qoşunlarının yeni hərbi hissəsinin açılışında iştirak edib. Yayılan fotolar arasında əlbəttə ki, yeni hərbi hissəyə məxsus hərbi texnika da var. Əsas sensasiya da elə bundadır. Jurnalistlər və ekspertlər şəkillərdə çətinlik çəkmədən Belarus istehsallı “Polonez” reaktiv yaylım atəş sistemlərini və İsrail istehsalı olan LORA operativ-texniki raket komplekslərini tanıyıblar.

Bunlar - həddən ziyadə ciddi silahlardır. “Polonez”in ən uzaq vurma məsafəsi 300, dağıdıcı radiusu isə 80 km-dir. Hərbi ekspertlərə görə, bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.

Əməliyyat-taktiki raket kompleksi olan LORA da “Polonez”kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir. Maksimal vurma uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin dağıdıcı radiusu 100 metr təşkil edir. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir. Üstəlik, bu dəqiq silahdır – hədəfdən yayınma məsafəsi 10 metrdən artıq təşkil eləmir. Xarakteristikasına görə o, Amerikanın OTRK ATACMS və Rusiyanın nə vaxtsa Ermənistana bağışladığı “İsəndər-E” kompleksləri ilə müqayisə oluna bilər.

Demək ki, bütün bunlar Ermənistan üçün pis xəbərlərdir, hələ heç nə demək deyil. Sirkul, xətkeş, coğrafiya xəritəsi kimi adi əşyalar kifayətdir ki, anlayasan: nəsə olsa Ermənistanın bütün ərazisi zərbə altında olacaq, o cümlədən Vorotan SES-in bəndi, Metsamor AES və Baqramyan küçəsindıəki 26-cı bina (Baş Qərargah – red.). Ermənistanda əlbəttə ki, “dilə güc verib” hədələyə bilərlər ki, Bakının ətrafındakı neft obyektlərini Rusiyanın bağışladığı “İsgəndər”lərlə vura bilərlər, ancaq artıq daha uzaq məsafəli və daha böyük gücdə cavab zərbəsi riskini ciddiyə almalı olacaqlar. Üstəlik, İrəvanda “İsgəndər”lərin kimin idarəçiliyinə olması haqda da düşünməyə bilməzlər. Heç kimlə aşağılayacı müqavilə imzalamayan və öz suverenliyinə qıymayan Azərbaycan isə zərbə endirmək üçün kimsədən soruşası olmayacaq: “Polonez”lərin də, LORA komplekslərinin də start düymələri üzərində azərbaycanlı zabitlərin əli olacaq...

Ermənistan bununla əslində həm də diplomatik “şillə” almış oldu. Çünki “Polonez”i Azərbaycana Avrasiya Birliyi və KTMT-nin üzvü, Ermənistanın formal müttəfiqi olan Belarus verib. Ancaq çətin ki, bunu sensasiya saymaq mümkün olsun. KİV-lər bu komplekslərin alınması haqda hələ müdafiə naziri Zakir Həsənov Belarusda səfərdə olanda yazmışdı. Taleyin istehzasına bax ki, KİV-də “Polonez”lər haqda məlumat Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan prezidenti İlham Əliyevi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik elədiyi gün peyda olub. Analoji təbrik İrəvana da göndərilib. Ancaq orada təbrik çətin ki, onu alanları sevindirsin. Eyni gündə erməni hərbçilərindən ibarət nümayəndə heyəti Minskə yollanıb. Doğrudur, “Polonez” almaq üçün yox - buna “diri pul” lazımdır, Minskdə isə onları İrəvana bağışlamağa hazırlaşmırlar.

“Belarus KTMT çərçivəsində Ermənistanın müttəfiqi ola-ola, Ermənistanla müharibə vəziyyətində olan və mütəmadi şəkildə hərbi əməliyyatların bərpası ilə hədələyən Bakıya müasir və güclü silah verib”, – deyə İrəvandakı “Sputnik” nəşri o vaxt özündən çıxaraq yazmışdı. Bir sözlə, diplomatik “şapalaq” çox hay-küylü alındı.

LORA ilə bağlı informasiyalar isə düşünmək üçün daha ciddi əsas verir. Məsələ ondadır ki, Ermənistanda İsraillə Türkiyə arasında əlaqələrin soyumasına olduqca böyük stavka edirdilər, indi isə İsraildən ikinci zərbə alırlar. Öncə Knesset (parlament) az öncə saxta soyqırım haqda “erməni qətnaməsi”nin müzakirəsindən imtina elədi, ardınca isə Azərbaycanın sərəncamında İsrail istehsalı olan yeni raket kompleksin olduğu üzə çıxdı. Ermənistanı daha çox nə məyus edib – buna hələ baxacağıq.

Ən əsası, hər şey olduqca əlamətdar olan siyasi fonda baş verir. Moskvada futbol üzrə Dünya Çempionatı açılır və artıq elan edilib ki, açılışda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edəcək. Moskvada Əliyev-Paşinyan görüşü olacaqmı, dəqiq bilinmir, ancaq ayaqüstü görüşmə, üz-üzə gəlmə mümkündür. Bir şey dəqiqidir ki, Moskva diplomatik raundu öncəsi Nikol Vovayeviçin düşünməli və götür-qoy eləməli olduğu ciddi şeylər var: Naxçıvan istiqamətində ərazi itkisindən tutmuş, Azərbaycan ordusunun sərəncamına daxil olan yeni raket komplekslərinı kimi.

Əlbəttə ki, Paşinyanın öz moskvalı həmsöhbətləri ilə Azərbaycandan olan “silah xəbərlərini” müzakirə etməyə çalışacağından yəqin ki, şübhələnməyə dəymir. Təkcə müzakirə etmək yox, həm də o, Ermənistan üçün növbəti “silah hədiyyələri” xahiş edəcək. Ancaq buradaca “məsələnin qiyməti” haqda düşünmək pis olmaz.

Bakı həqiqətən də Moskva mehriban qonşuluq və konstruktiv əlaqələr qurmağa səy edir. Azərbaycan açıq anti-Rusiya və ya belə demək mümkünsə, “rusofob” addımlara getmir, Azərbaycan hökumətinin üzvləri isə “kiril əlifbası və ya zibil əlifbası” stillində bəyanatları özlərinə rəva görmürlər. Di gəl, cavabında Rusiya “silah hədiyyələri”ni İrəvana edir. Çətin ki, bu zaman Kremldə bu silahların Azərbaycan əleyhinə yöndəliyi barədə özlərinə hesabat verməsinlər. Odur ki, bu silahlar hələ cəbhə xəttində “danışmamış” artıq ikitərəfli əlaqələrə ziyan vurur.

İndi isə “qiymət məsələsi”nin daha bir tərkib hissəsi haqda. Gerçəkdən də Azərbaycanın Rusiya silahını əldə eləməsi hamıya bəlli faktdır. Hətta lap yaxınlaradək Azərbaycan-Rusiya hökumətlərarası komissiyaya Rusiya hökumətində aqrokompleksə və ya neft-qaz sferasına deyil, məhz hərbi-sənaye kompleksinə məsul olan Dmitri Roqozin başçılıq edirdi. Bu da dəqiqdir ki, İrəvanda Rusiya silah satıcılarının bu biznesinə çox əsəbi reaksiya verir və tələb edirdilər ki, Bakı ilə ticarət dayandırılsın (bu zaman Ermənistanın hədiyyə kimi Rusiya silahları almasını haqda təbii ki, susurdular). Lap yaxınlaradək Moskva tələbə sadə şəkildə cavab verirdi: “şəxsi heç nə yoxdur, yalnız biznes. Azərbaycan silaha görə canlı pul verir. Çox ölkələr silah satırlar, niyə biz də qazanmayaq?”

Ardınca yeni notlar səsləndi. Rusiya Federasiya Şurasının komitə sədri Konstantin Kosaçov İrəvana növbəti səfəri çərçivəsində bildirdi ki, Rusiya Azərbaycana daha əvvəlki həcmdə silah-sursat verməyəcək. Daha sonra Duma komitəsinin sədr müavini, Azərbaycanda arzuolunmaz şəxslər siyahısına salınmış Konstantin Zatlin bəyan elədi ki, Rusiya Azərbaycana köhnəlmiş silahlar verir. Nəhayət, Bakının Rusiya silahlarının keyfiyyətinə iradı ilə bağlı KİV-də Belarus KİV-lərindən “sızma” baş verdi. Tezliklə Azərbaycanın Müdafiə Nazirliyi bu “sızmanı” rədd elədi, ancaq Zatulin və Kosaçovun bəyanatları açıq-aşkar “qarğa sözü” seriyasından oldu.
Ola bilsin, həm Kosaçov, həm də Zatulin istəyirdilər daha yaxşı olsun, bu bəyanatların köməyi ilə öz forpostunu sakitləşdirməyi, eyni zamanda Azərbaycana bir azca göz ağartmağı düşünürdülər - harda ki, onların sözlərindən sübhəsiz ki, nəticə çıxardılar. Ancaq çətin ki, bu, həm Kremldə, həm də “Oxotnıy ryad”da, həm də Smolensk meydanında arxalanan adamlar idi. Hər halda Bakı canlı pulla silah alır və Rusiya onun yeganə silah satıcısı deyil.

Odur ki, indi Rusiya silah satıcıları Bakının Belarus və İsrail raket kompleksləri haqda fotolarına baxa-baxa yəqin ki, ağıllarında hesablayırlar: belə “parlament diplomatiyası” sayəsində görəsən neçə sıfırdan ibarət hansı məbləğlər Tula və İjevskdəiki zavodlarından yan keçib. Özü də söhbət silahların dünya bazarı qiymətindən gedir. Daha bir detal. Bura silahların bazar qiymətini də əlavə eləmək lazım gəlir – hansını ki, Moskva Ermənistana bağışlayır və ya Rusiya büdcəsindən ayrılan kreditlər hesablna ödəyir. Və bu silahlar da bazarda həmin o canlı pula satıla bilərdi.

O üzdən Bakının “silah xəbərləri” Moskvada da diqqətlə analiz edilsə, qəbahət olmaz – özü də təkcə ağlağan “forpostu”un maraqları nöqteyi-nəzərdən yox.

YM



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ermənistan Rusiyanı "satqınlıq"da ittiham edir

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli İctimi Televiziyanın efirindəki çıxışında Rusiyanın Ermənistanı müharibəyə cəlb eləməyə çalışdığını və bunda məqsədinin "sonradan "xilas edib" erməni xalqının və dövlətçiliyinin boynuna ilgək keçirmək" olduğunu deyib. Simonyan deyib: "Bizi müdafiə eləmək zamanı gələndə Rusiya bizi müdafiə etmədi". Simonyan gileylənib: "Bəli, mən bəyan edirəm ki, müttəfiqimiz olan Rusiya ən böhranlı məqamda bizi tərk elədi və bu, faktdır".

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.