banner
banner

İqtİsadİyyat

Dünya Bankından Azərbaycanın dövlət müəssisələrinə ÇAĞIRIŞ

| Xəbər 6827 dəfə oxunub
Dünya Bankından Azərbaycanın dövlət müəssisələrinə ÇAĞIRIŞ

Dövlət müəssisələri Azərbaycan iqtisadiyyatında mühüm rol oynayır.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən “Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi” mövzusunda konfrans zamanı Dünya Bankının ölkə üzrə meneceri Navid Həsən Naqvi deyib.

O bildirib ki, dövlət müəssisələrinin fəaliyyəti istənilən ölkənin, o cümlədən Azərbaycanın iqtisadiyyatı üçün vacibdir: “Bununla belə, dövlət müəssisələrində korporativ idarəetmənin inkişaf etməsi də vacibdir. Onların fəaliyyətinin səmərələliyinin və şəffaflığının artırılmasını davam etdirmək zəruridir”.

 

Menecer qeyd edib ki, Azərbaycan hökuməti bu yaxınlarda dövlət müəssisələrinin idarəedilməsi sahəsində iddialı islahat prosesinə başlayıb:

"Dünya Bankı isə prosesə dövlət müəssisələrinin korporativ idarəçilik sisteminin təhlili, risklərin və fəaliyyət göstəricilərinin qiymətləndirilməsinin təkmilləşdirilməsi sahəsində məsləhətlər vermək vasitəsilə dəstək verib. Ümid edirik ki, belə yardım gələcək islahat tədbirlərinin həyata keçirilməsində hökumətə istiqamət verəcək və bu, dövlət müəssisələrinə nəzarət funksiyasının gücləndirilməsinə və onların effektiv idarə edilməsinə gətirib çıxaracaq".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi