banner
banner

Maraqlı

Dişləri ağartmır, çürüdür - DOĞRU BİLİNƏN YANLIŞ

Dişləri ağartmır, çürüdür -

Dişlərinin ağ görünməsi hər kəsin arzusudur. Bunu stomatoloqların köməkliyi ilə etmək çox baha başa gəldiyindən insanlar təbii üsullara əl atırlar. Bu məqsədlə bir neçə üsuldan istifadə olunur.

Məsələn, soda ilə diş ağartmaq ən populyar metoddur. Bundan başqa, el arasında süfrə duzu da diş ağardıcılarından sayılır.

Həmçinin dişləri ağartmaq üçün 1 çay qaşığı sodanı bir çimdik duzla qarışdıraraq, içinə bir neçə damla sirkə əlavə edib dişə sürtərək, ağardılmasına çalışılır.

El arasında geniş tətbiq olunan metodlardan biri də 3%-li pereksin su ilə qarışdırılaraq, həftədə 3-5 dəfə dişlərə sürtülməsidir.

Aparılan araşdırmalardan sonra bu metodların sağlam dişləri qısa müddət ərzində bərbad hala saldığı üzə çıxıb.

Yeniavaz.az bildirir ki, diş həkimi Pertev Kökdemir bununla bağlı vətəndaşlara xəbərdarlıq edib: "Bu üsullarla dişlərin ağardılmasına çalışılması bir müddət sonra çox pis nəticə ilə yekunlaşır. Araşdırmalarımız və bizə müraciət edən pasiyentlərin problemləri göstərir ki, bu üsulla dişləri ağartmağa çalışdıqda bir müddət sonra çürüməyə başlayır".

Onun sözlərinə görə, internetdə və sosial şəbəkələrdə bəzi səhifə və saytlar oxunma sayı qazanmaq üçün belə xəbərlər yayımlayır və insanları çaşdırırlar: "Dişi sağlam olan, ancaq tam ağ olmayan insanlar var ki, onlar bu üsula əl atmaqla öz istəklərinə çatmaq istəyirlər. Amma bir müddət sonra onların dişləri çürüməyə başlayır, bu zaman onlar düşünülər ki, kaş belə etməyəydim, dişlərim sağlam qalaydı".

Pertev Kökdemir deyib ki, xüsusilə bu metodu tez-tez tətbiq edən insanların dişləri daha sürətlə saralır və çürüməyə başlayır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlinizin uğurlu və xoşbəxt keçməsi üçün 1 yanvarda nə etməlisiniz?

Yeni ili bir çoxları yeni, daha xoşbəxt və uğurlu həyatın başlanğıc nöqtəsi hesab edir. Ancaq həyatınızı yaxşılığa doğru tez və asanlıqla dəyişdirmək üçün müəyyən ritualları yerinə yetirməlisiniz. Dərhal rezervasiya edək - bu sehrli deyil, bu rituallar sizi uyğun əhval-ruhiyyəyə salmaq və sizi fəaliyyətə həvəsləndirmək üçün nəzərdə tutulub.

Kosmosdan qəribə siqnallar AŞKAR EDİLDİ

Kosmosun ən uzaq nöqtələrindən yayılan sirli sürətli radio partlayışları (FRB) alimlər üçün intriqa obyekti olmaqda davam edir. Yeni kəşf edilmiş siqnal hətta təcrübəli tədqiqatçıları da çaşdırıb və onları açmaq üçün yeni sirlər buraxıb.

2023-cü ilin ən maraqlı vəhşi təbiət FOTOLARI

2023-cü ilin ən maraqlı vəhşi təbiət fotoları yayımlanıb. Musavat.com xəbər verir ki, bu barədə “Naked-Science” məlumat yayıb. Belə ki, “Nature's Best Photography” (NBP) nüfuzlu beynəlxalq mükafatının münsiflər heyəti 2023-cü ilin nəticələrinə yekun vurub. Siyahıya 11 fotoşəkil daxildir:

2024-cü illə bağlı proqnoz: Ciddi dəyişikliklər... - FOTO

Yeni il artıq yaxınlaşır. Bütün astroloqların proqnozlarına görə, ulduzlar bizə 2024-cü ilin qeyri-müəyyən olacağını vəd edir. Birincisi, sıçrayış ilidir. İkincisi, ilin bütün rəqəmlərini toplasanız, 8-i alırsınız. Hər rəqəmin öz mənası var: doqquz bir dövrün sonunu göstərirsə, səkkiz sınaq və gərginliyi ifadə edir.