banner
banner

Mədənİyyət

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin regionlardakı seminarları yekunlaşıb

| Xəbər 3202 dəfə oxunub
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin regionlardakı seminarları yekunlaşıb

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin beynəlxalq təcrübə, mədəni sərvətlərin mühafizəsi və digər məsələlərə həsr edilmiş regional sərgi–seminarları, treninqləri və təkmilləşdirmə kursları başa çatıb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iyunun 12-dək davam edən kurslarda Ağdaş, Qəbələ, Xocalı, Abşeron, Quba və Zaqatala tarix-diyarşünaslıq muzeylərinin əməkdaşları iştirak ediblər.

Nəzəriyyə və təcrübə olaraq iki hissədən ibarət seminarlar Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini Nairə Sadıxova və bu qurumun əməkdaşları İranə İbrahimova, Pərvin Sadıqova, Sultan Sultanov, Gündüz Məmmədov tərəfindən aparılıb.

İyirmi gün davam edən kursların dinləyicilərinə muzey əşyası və onun mühafizə üsulları, temperatur-rütubət rejimi, bioloji rejim, metalların, keramika məhsullarının, qrafika əsərlərinin, ağac məmulatların və arxeoloji eksponatların bərpasında kimyəvi üsulların tətbiqi, qrafik əsərlərin, keramika əsərlərinin, şirli və şirsiz qabların, şüşə və dəri məmulatların, musiqi alətlərinin, silah nümunələrinin, habelə saatların bərpası və konservasiyası mövzularında ətraflı məlumat verilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi