banner
banner

Krİmİnal

Bakıda Gürcüstan vətəndaşı bıçaqlanıb

| Xəbər 6756 dəfə oxunub
Bakıda Gürcüstan vətəndaşı bıçaqlanıb

Bakının Binəqədi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

"Report" xəbər verir ki, 1997-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Tağıyev Xəqani Füzuli oğlu "1-ci Mədən" kimi tanınan ərazidə tanışı ilə mübahisə edib.

Mübahisə bıçaqlanma ilə sona çatıb. O, bədənin kəsilmiş-deşilmiş yaraları ilə 1 saylı Kliniki Tibbi Mərkəzə qəbul edilib.

Yaralı cərrahi əməliyyat edilərək Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi araşdırma aparır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi