banner
banner

Dünya

Tramp Şimali Koreyaya qarşı sanksiyaları ləğv etmək niyyətindədir

| Xəbər 6556 dəfə oxunub
Tramp Şimali Koreyaya qarşı sanksiyaları ləğv etmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina iki ölkə arasında münasibətlərin gələcəkdə yaxşılaşması fonunda sanksiyaları ləğv etmək niyyətində olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verir.

Məlumatda deyilir: "Donald Tramp Şimali Koreyanın təxribat kimi qiymətləndirdiyi ABŞ və Cənubi Koreyanın birgə keçirdiyi hərbi təlimləri dayandırmaq, Şimali Koreyaya təhlükəsizlik zəmanəti vermək və iki ölkə arasında münasibətlərin gələcəkdə yaxşılaşması fonunda sanksiyaları ləğv etmək niyyətindəə olduğunu bildirib".

 

Qeyd edək ki, iyunun 12-si Sinqapurun Sentosa adasında yerləşən "Kapella" otelində ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş keçirilib.

Donald Tramp görüşün yekunları üzrə bildirib ki, Şimali Koreya ilə "ətraflı" sənəd imzalayıb və vurğulayıb ki, Koreya yarımadasının denuklarizasiya preosesi "tez bir zamanda" başlayacaq. Kim Çen In öz növbəsində imzalanan sənədi iki ölkə arasındakı münasibətlər üçün "yeni başlanğıc" adlandırıb və gələcəkdə "böyük dəyişikliklər" vəd edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi