banner
banner

Gündəm

Millət vəkili: İmkansız ailələrin uşaqlarının ödənişsiz təhsil almasına şərait yaradılmalıdır

| Xəbər 5344 dəfə oxunub
Millət vəkili: İmkansız ailələrin uşaqlarının ödənişsiz təhsil almasına şərait yaradılmalıdır

“İmkanlı ailələr övladlarını hər yerdə oxutmağa vəsait tapa bilərlər, amma imkansız ailələrin savadlı uşaqlarının təhsil almasına gedən yol qəbul imtahanlarından keçir”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin növbədənkənar plenar iclasında “Təhsil haqqında”qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.

O qeyd edib ki, sovet vaxtı universitetlərə tələbə qəbulu prosesində xoşagəlməz hadisələr baş verirdisə, bu gün biz bu sahədə müəyyən inkişafa nail ola bilmişik:

“Təkcə varlı ailələrin uşaqları yox, imkansız ailələrin istedadlı uşaqları Azərbaycanda universitetlərə daxil ola bildi. Həmin uşaqlar müstəqillik dövrümüzdə təhsilini davam etdirə bilir və ölkəmizin müxtəlif qurumlarında çalışırlar. İmkanı az olan ailələrin ödənişsiz təhsil almaları üçün şərait yaradılmalıdır”.

 

Onun fikrincə, tələbə qəbulu imtahanları isə Azərbaycanda məhz imkansız və savadlı uşaqların ali təhsil alması üçün qapı açan bir sistemdir.

Millət vəkili respublika üzrə fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ideyasına da qarşı çıxıb:

“Olimpiadada qalib gələnlər elə imtahanı da verib universitetə qəbul oluna bilərlər. Mənə elə gəlir ki, biz bu sistemi pozmaqla hansısa xoşagəlməz hadisələr üçün imkanlar yaradırıq. Ya sistemdə köklü dəyişikliklər etməliyik, ya da buna toxunmamalıyıq. İmkan verməliyik ki, hamı ədalətli prinsiplərlə imtahanları verib, öz biliyi ilə universitetə daxil olsun”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi