banner
banner

Krİmİnal

Bakıda bağçada azyaşlılara işgəncə verən tərbiyəçi ilə bağlı CİNAYƏT İŞİ başlandı

| Xəbər 7790 dəfə oxunub
Bakıda bağçada azyaşlılara işgəncə verən tərbiyəçi ilə bağlı CİNAYƏT İŞİ başlandı

Bakının Yasamal rayonundakı uşaq mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, faktla bağlı Yasamal rayon Polis İdarəsi araşdırmaya başlayıb.

Araşdırmaların nəticəsi olaraq idarədə fakta görə Cinayət Məcəlləsinin 133-cü( əzab vermə) maddəsilə cinayət işi başlanılıb və mərkəzin tərbiyəçisi Füruzə Tağıyeva istintaqa cəlb edilib.

Hazırda faktla bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən “Kids Studio Uşaq Mərkəzi”ndə tərbiyəçinin azyaşlılarla kobud davranması və onları döyməsi ilə bağlı videokadrlar yayılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi