banner
banner

Dünya

İordaniyanı etirazlar bürüdü

| Xəbər 8086 dəfə oxunub
İordaniyanı etirazlar bürüdü

İordaniyada müqəddəs Ramazan ayı etiraz aksiyaları ilə müşayiət olunub.

Trend-in məlumatına görə, paytaxt Ammanda və digər şəhərlərdə sakinlər hökumətin vergiləri artırmaq təklifinə etiraz edir.

Qeyd olunur ki, təklifə əsasən hüquqi şəxslər üçün gəlir vergisi 40 faiz, fiziki şəxslər üçün 5 faiz artırılacaq. Bundan başqa, ölkədə çörək və ərzaq qiymətləri iki dəfəyədək, elektrik enerjisi 55 faizədək bahalaşıb.

 

Bütün bu tədbirlər Beynəlxalq Valyuta Fondunun tövsiyəsi ilə həyata keçirilib.

Etiraz aksiyaları iftardan sonra keçirilir. Etirazçılar hökumətin istefasını tələb edirlər. Son bir neçə gün ərzində 60-a yaxın etirazçı saxlanılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi