banner
banner

Sİyasət

Ermənişünas alimdən Qarabağla bağlı sensasion açıqlama

| Xəbər 6499 dəfə oxunub
Ermənişünas alimdən Qarabağla bağlı sensasion açıqlama

“Naxçıvan istiqamətindəki uğurlu əməliyyatla Azərbaycan əslində Dağlıq Qarabağla bağlı erməni tərəfinin son zamanlar ortaya atdığı təxribatçı və məsələnin uzadılmasına xidmət edən bir düşüncəni ortadan qaldırdı. Bu, o idi ki, Paşinyan hakimiyyəti Dağlıq Qarabağ separatçılarının da danışıqlarda tərəf kimi iştirak etməsini istəyirdi. Rusiya XİN rəhbəri Lavrov da əslində buna dolayısı ilə dəstək vermiş və demişdi ki, Azərbaycan və Ermənistan razılaşsa, həmsədrlər buna etiraz etməz. Azərbaycan isə Naxçıvan əməliyyatı ilə buna son nöqtəni qoydu”.

Ermənişünas alim Qafar Çaxmaqlı bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ekspert indiki durumda danışıqların perspektivini görmədiyini qeyd etdi: “Bu, Azərbaycanın haqqıdır ki, işğal olunmuş ərazilər geri qaytarılsın. Onu isə danışıqlar yolu ilə etmək mümkün deyilsə, demək, müharibə qaçılmazdır. Ermənistanda belə bir əməliyyatın olacağını deyirdilər, indi isə hakimiyyət günahlandırılmaqdadır”. Q.Çaxmaqlı qeyd etdi ki, Nikol Paşinyan Moskva səfərində Azərbaycanın son addımlarının səbəbini “aydınlaşdırmağa” çalışacaq: “Rusiya təbii ki, Paşinyan olayından məmnun deyil və bundan yararlanacaq, Ermənistandan bir-iki məsələdə güzəştə getməsini tələb edəcək. Məsələn, Rusiya Avropa İttifaqı ilə bağladığı müqavilənin keçərsiz elan olunmasını istəyəcək. Əgər Paşinyan bu məsələdə Qərbin istəklərini təmin etməyə çalışsa, Rusiya yeni hərbi əməliyyatlara göz yumacaq. Bizə də əslində bu lazımdır. Ermənistanda Azərbaycanın bu qələbə ilə kifayətlənməyəcəyini dilə gətirir və vəziyyətdən çıxış yolu axtarmağa çalışırlar. Adekvat cavab verilməsini istəyənlərə isə belə bir şeyin təhlükəli olacağına müharibəyə aparacağına arqumenti qoyulur. Bəs bundan sonra düşmən ölkə özünü yığışdıracaqmı? Əmin deyiləm. Onlar yenə də Rusiyadan yardım gözləyəcəklər. Hər halda, Paşinyanın Moskva səfərindən sonra bir çox məsələlərə aydınlıq gətiriləcək”.

Ekspert əmindir ki, bu döyüşdən sonra Rusiya da bir çox məsələləri aydınlaşdırmaq üçün İlham Əliyevlə danışacaq:“Bu, təbii ki, Putin səviyyəsində olmalıdır. Amma iki dövlət liderləri arasında hələ görüş nəzərdə tutulmayıb. Təbii ki, İlham Əliyev Ermənistanda hakimiyyət dəyişikliyindən sonra aparılan danışıqlarda ermənilərin radikal davranışının bu prosesə zərər verəcəyini diqqət mərkəzinə gətirəcək. Dağlıq Qarabağdakı separatçı rejim qanunsuz və cinayətkar bir dəstədir. Onlarla bir masaya oturmağın mümkünsüzlüyü bir daha Putinin diqqətinə çatdırıla bilər”.

Qeyd edək ki, həm Azərbaycan prezidentinin, həm də Ermənistan baş nazirinin Putinlə görüşəcəyi rəsmən açıqlanıb.

“Yeni Müsavat”

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi